Dünya

ABŞ-dan Putinə cavab: "Moskva öz qonşularının suverenliyinə hörmət etmir"

29 Oktyabr, 2022
457

ABŞ Dövlət Departamenti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan-Ermənistan münaqişəsilə əlaqədar “Vaşinqton planı”nın olması açıqlamasını rədd edib.

Bu barədə oktyabrın 28-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays “Turan”ın müxbirinin sualını cavablandırarkən deyib.

“Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək, dezinformasiya davam edir”, – deyə Ned Prays söyləyib.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də “Valday” klubunun konfransında demişdi ki, Vaşinqton Azərbaycanın bütün Dağlıq Qarabağ regionu üzərində suverenliyinin tanınması üçün “plan” təklif edib: ““Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu, Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.

Ned Prays bildirib ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır: “Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq”.

Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyi üçün ABŞ-dan böyük tərəfdaş yoxdur: “1991-ci ildə Ermənistan və Azərbaycanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa ediblər. Bu, onların hər birinə Moskvadan və ya hər hansı digər ölkədən asılı olmayaraq öz xarici siyasi və digər maraqlarını həyata keçirmək hüququna zəmanət verən əlamətdar hadisə idi”.

“Vaşinqton Ermənistan və Azərbaycanı onlara uyğun formatda görüşməyə təşviq edib. Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq. ABŞ Ermənistan və Azərbaycanla bir məqsədlə – “zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq” üçün fəaliyyət göstərir”, – Prays belə deyib.

31 dekabrda Soçi görüşünə gəlincə, Prays bildirib ki, Ermənistan və Azərbaycan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidirlər: “Düşünürəm ki, söhbət qonşulardan getdiyində, dünya Rusiyanın tarixçəsini bilir. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu və Ukraynaya davam edən amansız hücum göstərir ki, Moskva öz qonşularının suverenliyinə hörmət etmir və o, çətin ki etibarlı, uzunmüddətli tərəfdaş olsun. Düşünürük ki, bu, Birləşmiş Ştatlarla tamamilə ziddiyyət təşkil edir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Dmitri Medvedev Böyük Britaniyanı təhdid edib

31 May 2023

Açıq mənbələrdən götürülüb

"Böyük Britaniya Moskvanın “əbədi düşməni”dir, Ukraynada müharibəyə şərait yaradan istənilən Britaniya rəsmisi qanuni hərbi hədəf hesab edilə bilər". Toplum TV "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib.  O, Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Ukraynanın öz sərhədlərindən kənarda güc göstərmək hüququna malik olması ilə bağlı sözlərindən qəzəblənib. Sabiq prezident deyib ki, Britaniyanın “ağılsız məmurları” bunun “müharibə iştirakçısı” olmaq mənasına gələcəyini dərk etməlidirlər. https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp     "Böyük Britaniya Ukraynanın müttəfiqi kimi ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, o, faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır", - Medvedev "Tvitter"...
Dünya

Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmir

Toplum TV
31 May 2023

Açıq mənbələrdən götürülüb

Ağ Ev çərşənbə axşamı Moskvaya edilən kütləvi dron hücumu ilə bağlı hələ də məlumat topladığını, amma Rusiya daxilinə edilən hücumları dəstəkləyə bilməyəcəyini bildirib. Toplum TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer gündəlik brifinq zamanı bildirib. Vaşinqton Ukraynaya əsas silah tədarükçüsüdür - bir şərtlə ki, ölkə ondan özünü müdafiə etmək və Rusiya qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri almaq üçün istifadə etsin. ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Ukrayna Rusiya ərazisinə hücumlar üçün Amerikanın verdiyi heç bir silahdan istifadə etməməyə razılaşıb. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp ABŞ rəsmilərinin mayın 31-də AP xəbər agentliyinə verdiyi açıqlamaya görə, bu həftə Ukraynaya yeni...

Seçilmiş Videolar

Toplum TV loqo