Reuters
ABŞ prezidenti Co Bayden Texas ştatında quldarlığın ləğv edildiyi günün – 19 iyun tarixinin ölkədə rəsmi bayram kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.
Bu barədə Ağ Evin rəsmi saytının verdiyi məlumatda bildirilir.
“Bu günü xatırlamaq üçün demokratların və respublikaçıların Konqresdə böyük üstünlüklə birlikdə çıxış etmələri xüsusilə xoşdur. Ümid edirəm ki, bu, bizim bir-birimizə münasibətlərimizdəki dəyişikliyin başlanğıcıdır”, - deyə Co Bayden vurğulayıb.
ABŞ lideri qeyd edib ki, böyük xalqlar özlərinin ağrılı anlarını görməzdən gəlmirlər.
ABŞ Senatı 19 iyun tarixinin federal səviyyədə bayram kimi təsis edilməsinə yekdilliklə səs verib. Demokratlar tərəfindən təklif olunan qanun layihəsinə Nümayəndələr palatasında da baxılacaq.
Daha əvvəl xəbər verilmişdi ki, ABŞ-ın Maliyyə nazirliyi 20 dollarlıq əskinasın üzərinə qaradərili qadın fəalın – qulların azadlığı uğrunda mübarizə aparmış Harriet Tabmenin (1822-1913) şəklinin vurulması ideyasına yenidən qayıdıb. Hazırda həmin əskinasın üzərində ABŞ-ın 7-ci prezidenti Endrü Ceksonun şəkli təsvir olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə