NBC
ABŞ xarici siyasətində korrupsiya ilə mübarizəni əsas tapşırıq kimi götürəcək, milli təhlükəsizlik sferasında isə əsas diqqətini rəqəmsal və kibertəhlükəsizlik məsələlərinə yönəldəcək.
CNBC telekanalının məlumatına görə, bu barədə prezident Cozef Bayden memarandum imzalayıb.
Qeyd olunub ki, ABŞ-ın federal agentliklərinin fəaliyyəti əsas etibarilə korrupsiya ilə mübarizəyə yönələcək - söhbət ilk növbədə maliyyə cinayətlərindən gedir. Barəsində ölçü götürüləcək əsas məsələ "mövcud anti-korrupsiya qanunvericiliyinin modernləşdirilməsi üçün addımlar"dır: bu, kriptovalyuta və digər yeni texnologiyalardan istifadə edən cinayətkarlarla mübarizə tələb edir.
"Biz kriptovalyutalara maliyyə maxinasiyalarına rəvac verəcək vasitə kimi baxırıq, amma burda məqsəd heç bir halda yeni texnologiyaları məhdudlaşdırmaq deyil", - deyə hökumət təmsilçisi telekanala açıqlamasında deyib.
Bildirilir ki, siyasətin anti-korrupsiya istiqamətində qurulması Co Baydenin xarici siyasət proqramının bir hissəsidir.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”