Dünya

ABŞ Əfqanıstan hökumətində qadınların iştirakını tələb edir

8 Sentyabr, 2021
2642

Açıq mənbələrdən götürülüb

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, “Taliban” hərəkatı tərəfindən elan olunan Əfqanıstan hökumətinin yeni tərkibində bəzi şəxslərin mövcudluğundan və qadınların olmamasından narahatdırlar. 

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunur ki, Dövlət Departamenti Əfqanıstan hökumətindəki bir sıra  şəxslərin siyasi baxışlarından və bioqrafiyasından narahatlıq keçirir. Departamentin nümayəndəsi nazirlər kabinetinin tamamilə taliblərdən və onların həmfikirlərindən ibarət olmasına, qadınların iştirak etməməsinə diqqət çəkib.

“Biz tamamilə aydın şəkildə bildirmişdik ki, əfqan xalqı inklüziv hökuməti haqq edir”, - diplomat bildirib.

ABŞ-ın xarici siyasət idarəsində deyiblər ki, Vaşinqton taliblər haqqında onların sözlərinə deyil, əməllərinə əsasən mühakimə yürüdəcək. Departament nümayəndəsi taliblərin vədlərini yerinə yetirəcəklərinə, əcnəbilərin, eləcə də gediş sənədləri olan yerli sakinlərin ölkədən çıxışına mane olmayacaqlarına ümid etdiklərini bildirib. 

Sentyabrın 7-də “Taliban”ın sözçüsü Zəbiulla Mücahid Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib. O, yeni hökumətin müvəqqəti status daşıdığını vurğulayıb. Təntənəli mərasimə Çin, Türkiyə, İran, Rusiya, Pakistan və Qətər nümayəndələri dəvət olunublar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...
Dünya

Türkiyə ilə Yunanıstan münasibətləri yaxşılaşdırır

Toplum TV
8 Dekabr 2023

www.naftemporiki.gr

Türkiyə ilə Yunanıstan münasibətlərin yaxşılaşdırılması barədə bəyannamə imzalayıb. Toplum TV "Deutsche Welle"-yə istinadən xəbər verir ki, iki ölkə qarşılıqlı etimadı gücləndirmək və gərginləşmiş ikitərəfli münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinada keçirilən görüşdə bu barədə razılaşıblar. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Ərdoğan danışıqları səmərəli adlandırıb və Mitsotakisi Türkiyəyə səfərə dəvət edib. Danışıqlarda iştirak edən Yunanıstan və Türkiyə nazirləri turizm, ticarət, enerji, o cümlədən texnologiya, təhsili birgə inkişaf etdirmək və miqrasiya məsələlərini birgə həll etmək barədə razılığa gəliblər. Tərəflər 5 il ərzində ticarət dövriyyəsini iki dəfə artıraraq 10 milyard dollara çatdırmağı hədəfləyəcəklər. Türkiyə vətəndaşları Yunanıstanın...

Seçilmiş Videolar

Toplum TV loqo