Dünya

ABŞ Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir

13 May, 2022
61

NATO

Finlandiya və İsveçin NATO blokuna qoşulması ideyasına Vaşinqtonda müsbət yanaşılır. Bu fikri mətbuat konfransında Ağ evin sözçüsü Cen Psaki səsləndirib.

“Biz Finlandiya və İsveçin NATO üzvlüyü barədə ərizəsini dəstəkləyəcəyik”, - mətbuat katibi söyləyib.

Psaki bildirib ki, bu məsələ üzrə alyansın digər üzvləri də öz fikirlərini bildirməlidirlər.

“Biz NATO-nun nümayiş etdirdiyi “açıq qapılar” siyasətini dəstəkləyirik, biz istənilən ölkənin üzv olmaq barədə müraciət niyyətini dəstəkləyirik” - deyən Psaki hərbi sahədə Finlandiya və İsveçlə uzunmüddətli əməkdaşlıq edildiyini xatırladıb.

Daha əvvəl ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin sədri Bob Mendes bildirmişdi ki, komitə Finlandiya və İsveçin mümkün ərizələrini nəzərdən keçirməyə hazırlaşır.

Komitənin sədr müavini Cim Riş özünün "tvitter" hesabında Finlandiyanın NATO-ya üzvlük cəhdini dəstəkləyərək bunu “irəliyə - transatlantik təhlükəsizliyin gələcəyinə doğru nəhəng addım” adlandırıb.

CNN xatırladır ki, NATO-ya yeni üzvlərin qoşulmasına Vaşinqtonun “hə” deməsi üçün Senatın ən azı üçdə ikisi lehinə səs verməlidir.

Finlandiyanın “Helsingin Sanomat” qəzeti öz mənbələrinə istinadən bir neçə gün əvvəl yazıb ki, Finlandiya və İsveç gələn həftənin əvvəllərində NATO üzvlüyü üçün birlikdə ərizə verəcəklər.

Dünya

Peskov: Dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb

17 May 2022

Reuters

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı düşmən dövlətə çevrilib. “TASS” xəbər verir ki, bunu mayın 17-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, artıq dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb: “Bəli, biz hələ də yumşaq şəkildə onları dost olmayan dövlətlər adlandırırıq. Mən deyərdim ki, bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdiklərinin bir adı var - müharibə”. Peskov çıxışı zamanı onu da qeyd edib ki, dövlət öz maraqlarını müdafiə edərkən bütövlük nümayiş etdirməyəndə suverenliyini itirir. Mart ayında rəsmi Moskva Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yönəlmiş dövlətlərin siyahısını əks etdirən fərman imzalayıb. Təsdiq edilmiş siyahıya ABŞ, Kanada və Avropa...
Dünya

İsveç 200 illik neytrallıq siyasətini pozaraq NATO-ya müraciət edib

17 May 2022

EPA/EFE

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzv olması üçün ərizə imzalayıb. Məlumatı mayın 17-də İsveçin ictimai yayım şirkəti “Sveriges Television” yayıb. Mayın 16-da İsveç hökuməti alyansa üzvlüklə bağlı yekun qərarını açıqlayıb. Beləliklə, o, 200 il davam edən neytral ölkə siyasətinə son qoyub. Baş nazir Magdalena Anderson “Ölkənin üzvlüklə gələn təhlükəsizlik zəmanətlərinə ehtiyacı var" deyib. Baş nazir bu qərarı təhlükəsizlik siyasətində tarixi dəyişiklik adlandırıb. Sözügedən qərar Rusiyanın Ukraynaya müdaxiləsi fonunda verilib. Üzvlük ərizəsi bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir. Əvvəllər bunun daha operativ şəkildə baş tutacağı güman edilirdi. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu qərarın “əleyhinə” səs verəcəyini...

Seçilmiş Videolar

Toplum TV loqo