Dünya

ABŞ kəşfiyyatı Əl-Qaidə liderini öldürüb 

2 Avqust, 2022
108

Reuters


“Əl-Qaidə” terror şəbəkəsinin qurucusu Üsamə bin Ladenin öldürülməsindən sonra təşkilata rəhbərlik edən Ayman əl-Zəvahiri Kabildə pilotsuz uçan apparatla öldürülüb. 

ABŞ kəşfiyyatının məlumatına görə, əl-Zəvahiri 2001-ci il sentyabrın 11-də ABŞ ərazisində 3000-ə yaxın insanın ölümü ilə nəticələnən böyük terror aktlarının təşkilatçısı olub.

Bazar ertəsi axşam Ağ Evdən amerikalılara müraciət edən Prezident Co Bayden deyib ki, əl-Zəvahirinin harada olduğu bir müddət əvvəl ABŞ kəşfiyyatı tərəfindən müəyyən edilib. O, kəşfiyyat rəsmiləri ilə bir neçə görüşdən sonra Kabildə Zəvahirinin qaldığı evə raket hücumu əmrini verib.

https://toplum.tv/dunya/abs-rusiyani-terroru-sponsorluq-eden-dovlet-kimi-taniya-biler

Zərbə iki raketlə endirilib. Əl-Zəvahiri ailəsinin üzvlərindən və yaxınlıqda yaşayanlardan heç kim xəsarət almayıb. Prezident Baydenin sözlərinə görə, bu əməliyyat ABŞ-ın terrorçuları gizlənməyə çalışdıqları yerdə təqib etmək əzmini nümayiş etdirir.

21 ildir hədəfdə olan Ayman əl-Zəvahirinin öldürülməsi Prezident Bayden üçün böyük siyasi uğur sayılır. Bununla belə şərhçilər qeyd edirlər ki, əl-Zəvahirinin Kabildə uzun müddət qalması "Taliban"ın Əfqanıstanda terrorçulara təhlükəsiz sığınacaq verməmək öhdəliyi ilə bağlı suallar doğurur. "Taliban" bu vədləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı prinsipial qərar qəbul edən Donald Tramp administrasiyası ilə danışıqlar zamanı verib.

“Nə qədər vaxt aparır aparsın, harada gizlənsəniz də, amerikalıları təhdid etsəniz, bilin ki, Birləşmiş Ştatlar sizi aradan götürəcək”, - ABŞ Prezidenti bildirib. 

O vurğulayıb ki, bu uğur onun strategiyasının düzgünlüyünü təsdiq edir. Onun sözlərinə görə, ABŞ ötən ilin payızında Əfqanıstandan kontingentini çıxarsa da, bu ölkədə effektiv antiterror əməliyyatları aparmaq imkanını qoruyub saxlayır.

Dünya

Salman Rüşdi özünə gəlib, danışa bilir

14 Avqust 2022

Global News

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi süni nəfəs aparatından çıxarılıb, onun huşu yerindədir və danışa bilir. Bu barədə BBC-nin avqustun 14-də yaydığı məlumatda bildirilir. Yazıçının səhhəti haqqında əlavə məlumat verilməyib. Daha əvvəl onun bir gözünü itirə biləcəyi ilə bağlı ehtimallar səsləndirilirdi. Vəkili onun qaraciyərində, qolunda da ciddi  xəsarətlərin olduğunu bildirib.  Salman Rüşdi avqustun 12-də Nyu-York şəhərində “Chautauqua” İnstitutunda ədəbiyyat mühazirəsindən əvvəl bıçaqlı hücuma məruz qalıb. Hadisəni törədən Hadi Matar adlı şəxs  saxlanılıb. Onun sosial media səhifələrində İranın ali dini lideri, prezidenti, həmçinin ölmüş generalı Qasım Süleymaninin fotoları diqqət çəkib. S.Ruşdinin 1980-cı illərdə yazdığı “Şeytan ayələri” romanı bəzi müsəlmanlar arasında böyük...
Dünya

Yerevanda ticarət mərkəzində partlayış: ölən və yaralananlar var

14 Avqust 2022
Ermənistanın paytaxtı Yervanın “Surmalu” ticarət mərkəzində partlayış baş verib. "Armenpress" ölkənin Fövqaladə Hallar Nazirliyinə istinadən məlumat yayıb ki, partlayış zamanı 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb Bununla belə qeyd edilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib.  Hüquq mühafizə orqanlarının məlumatına görə, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.  Hazırda ərazidə axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib  Ermənistan FHN xəbər verir ki, 1 nəfər ölüb, ən azı 20 yaralı var. Rəqəmlərin artacağı istisna olunmur.

Seçilmiş Videolar

Toplum TV loqo