Açıq mənbələrdən götürülüb
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın çox hissəsini tutmaq planından hələ də vaz keçməyib.
Bu fikri dünən, iyunun 29-da ABŞ Milli kəşfiyyatının rəhbəri Evril Heyns səsləndirib.
“Biz hələ də o vəziyyətdəyik ki, Putinə baxarkən onun elə əvvəlki [Ukraynaya təcavüzün başlanğıcında] siyasi məqsədlərinin olduğunu görürük”, - Heyns ABŞ Ticarət Nazirliyindəki konfransda deyib.
Onun sözlərinə görə, Amerika kəşfiyyatının hadisələrin sonrakı inkişafı ilə bağlı üç əsas ssenarisi mövcuddur. Daha çox ehtimal olunan – uzunmüddətli konflikt ssenarisidir, bu zaman Rusiya strateji hədəflərə deyil, xırda uğurlara nail ola bilər. İki digər ssenari - Rusiya tərəfindən böyük uğurlar, ya da cəbhənin sabitləşməsi və Ukraynanın müəyyən uğurları, məsələn cənub istiqamətində. “Əgər qısa desək, vəziyyət yetərincə mürəkkəbdir”, - kəşfiyyat rəisi deyib.
Putin müharibəyə başlayarkən məqsədinin Donbasdakı separatçı respublikaların müdafiəsi, Ukraynanın denasifikasiyası və demilitarizasiyası olduğunu deyirdi. Bu məqsədlərini Rusiya rəhbərliyi nə dəyişdirib, nə dəqiqləşdirib. Bu zaman onların konkret hansı məzmun daşıdığı – məsələn, söhbətin Ukraynanın bütün ərazisini tutub-tutmamaqdan getməsi aydın deyil. Onu da demək lazımdır, “demilitarizasiya” və “denasifikasiya” sözləri Rusiya rəsmi şəsxlərinin dilində bir müddətdir ki, səslənmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür