Dünya

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar tələb edir

23 Sentyabr, 2021
149

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Nümayəndələr palatasının reqlament üzrə komitəsi növbəti maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) müdafiə büdcəsinə dəyişiklikləri dəstəkləyib. 

RBK xəbər verir ki, konqresmen və Helsinki komissiyasının üzvü Pol Massaro siyahını "Tvitter"də açıqlayıb.

Sözügedən siyahı hazırda həbsdə olan Aleksey Navalnının silahdaşları Leonid Volkov və İvan Jdanov tərəfindən hazırlanaraq AB və ABŞ nümayəndələrinə təqdim olunub. 

Siyahıda Rusiyanın Baş naziri Mixail Mişustin, Kremlin mətbuat katibi Dmitri Peskov, FTX-nin (FSB) direktoru Aleksandr Bortnikov, Moskva meri Sergey Sobyaninin, həmçinin Rusiya hakimiyyətinə yaxın olan biznesmenlərin, təbliğat ruporu olan media nümayəndələrinin, Duma üzvlərinin və digərlərinin adı var. 

Dəyişikliyin mətni demokrat Tom Malinovski və respublikaçı Con Kertis tərəfindən hazırlanıb. Sənədə görə, qanunun qəbul olunmasından 180 gün sonra Birləşmiş Ştatlar Prezidenti Co Bayden bu şəxslərdən hansıların Maqnitski qanunu əsasında sanksiya siyahısına salına biləcəyi barədə rəy verməlidir. 

Dəyişiklik tövsiyə xarakteri daşıyır, sanksiyaların tətbiqi isə administrasiyanın səlahiyyətindədir.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar