Dünya

ABŞ rusiyalı diplomatları ölkədən xaric edə bilər

8 Aprel, 2021
56

CNN

Yarım ay ərzində rublun məzənnəsinin çalxalanmasına səbəb olan sanskiya ritorikası bir şeyi konkret olaraq göstərir: Co Bayden administrasiyası Rusiyanın ehtimal edilən naqis fəaliyyətlərinin öyrənilməsi prosesini tamamlayıb və bu naqisliklərə cavab olaraq qısa müddətdə yeni sanksiyalar elan oluna bilər. 

Bu barədə aprelin 8-də "Blumberq"in mənbələri xəbər verib. 

Görüləcək mümkün tədbirlərə rus diplomatlarının ölkədən xaric edilməsi və Putinin ətrafına qarşı məhdudiyyətlərin tətbiqi, həmçinin danışıqların dayandırılması aid ola bilər. Bildirilib ki, ən taleyüklü sanksiyalar barədə biz hər bir halda iyunun əvvəlində öyrənəcəyik. 

Sanksiyaların səbəbləri barədə artıq çoxdan informasiyalar var. Bunlar barədə prezident Bayden hələ yanvarın 21-də prezident kimi ilk iş günündə məlumat vermiş və Rusiyanın fəaliyyətini dörd istiqamətdə təhlil edilməsini tapşırmışdı. Bunlara Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, Aleksey Navalnının zəhərlənməsi, Rusiyanın Əfqanıstanda ABŞ-a qarşı taliblərlə "razılığa" gəlməsi, həmçinin 2020-ci ilin dekabrında "SolarWinds" şirkəti vasitəsiylə Amerika dövlət orqanlarına təşkil olunan haker hücumları - ABŞ kəşfiyyatı hücumların arxasında Rusiyanın dayandığını bildirir -  aid idi. 

Baydenin tapşırdığı hesabatı hazırladıqdan sonra Ağ Ev məmurları konkret tədbirləri müzakirə etmək üçün aprelin 7-də bir araya gəliblər. "Blumberq"in mənbəsinin açıqlamasına görə, böyük ehtimalla görüşdən sonra Putinin yaxın ətrafına və qurumlara konkret sanksiyalar tətbiq olunacaq. 

Məsələ ilə əlaqədar olaraq, Kremlin mətbuat xidməti də açıqlama verib. 

Vlladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın ABŞ-la münasibətlərdə ən pis ssenariyə belə hazır olduğunu bəyan edib. 

“Amerika tərəfinin düşmənçilik və proqnozlaşdırıla bilinməyən fəaliyyəti bütövlükdə bizi ən pis ssenarilərə hazır olmağa vadar edir. Yəni, sizin olduqca aqressiv həmsöhbətiniz olanda, təbii ki, siz hər zaman hazırlıqlı vəziyyətdə olursunuz”, - deyə Peskov vurğulayıb.

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar