Dünya

ABŞ Rusiyanı terroru sponsorluq edən dövlət kimi tanıya bilər

28 İyul, 2022
683

ABŞ Senatı Ağ Evi Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağırıb. 

“The New York Times” xəbər verir ki, qətnamə iyulun 28-də keçirilən səsvermədə yekdilliklə qəbul edilib.

Mətndə senatorlar Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada “saysız-hesabsız günahsız kişi, uşaq və qadının” ölümünə səbəb olan hərəkətlərə görə Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırırlar.

“The New York Times” qəzeti həmçinin xəbər verir ki, oxşar qətnamə  ABŞ parlamentinin aşağı palatası olan Konqresə təqdim edilib. Onun Demokratlar Partiyasında əhəmiyyətli nüfuzu olan Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən dəstəklənəcəyi gözlənilir.

Lakin konqresmenlər və senatorlar bu qərarı təkbaşına qəbul edə bilməzlər, bunu ABŞ Xarici İşlər Nazirliyinin funksiyalarını yerinə yetirən Dövlət Departamenti verməlidir.

https://toplum.tv/dunya/rusiyaya-muharibe-ne-ucun-lazimdir

Mayın 3-də Ukrayna Ali Radası Konqresin hər iki palatasına Rusiyanı terrorizmi himayə edən ölkə kimi tanımaq xahişi ilə müraciət edib. Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba mütəmadi olaraq dünya ictimaiyyətinə bununla bağlı çağırışlar edirlər. Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak iyul ayında verdiyi müsahibədə deyib ki, Zelenski administrasiyası bunu özünün əsas xarici siyasət məqsədlərindən biri kimi görür.

Hazırda ABŞ-ın terroru sponsor ölkələr siyahısında dörd ölkə var: Suriya, İran, Kuba və Şimali Koreya. Bu siyahıya daxil olmaq ölkələr arasında diplomatik əlaqələrin demək olar ki, tamamilə dayandırılması və onlara qarşı sərt sanksiyaların tətbiqi deməkdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo