Dünya

ABŞ Rusiyaya güzəştə getməkdən imtina etdi

25 Yanvar, 2022
155

Rəsmi səhifə

ABŞ administrasiyası təhlükəsizlik məsələləri ilə əlaqədar Rusiyaya güzəştə getmək niyyətində deyil.

"Reuters" xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin rəsmisi Ned Prays mətbuata açıqlamasında deyib. O, həmçinin ABŞ hökumətinin NATO-nun “açıq qapı” siyasətində də güzəştə getməkdən imtina etdiyini bildirib.

Praysın sözlərinə görə, burada açar məqam ondan ibarət olmalıdır ki, Vaşinqtonun istənilən addımı güzəşt xarakteri daşımamalıdır və qərarlar qarşılıqlı əsaslı olmalıdır. "Təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq Rusiya da nələrsə etməlidir", - deyə o bildirib. 

Bununla belə, Department rəsmisi onu da xatırladıb ki, ABŞ Prezidenti Co Bayden son həftələrdə Ukrayna məsələsi ətrafında diplomatiya yolunu tutub. O, ABŞ administrasiyasının diplomatiya xəttinə sadiq olduğunu, amma vəziyyətin gözlənilməz şəkildə dəyişməsinə də hazır olduğunu vurğulayıb. 

"Birləşmiş Ştatlar istənilən addımı Ukrayna daxil olmaqla, müttəfiqlər və tərəfdaşlarla məsləhətləşdikdən sonra atacaq",  -deyə Departament rəsmisi qeyd edib. 

Dünya

Rusiya Finlandiyaya qaz nəqlini dayandıracaq

20 May 2022

Gazprom.ru

“Gazprom” Finlandiyanın “Gasum” şirkətini mayın 21-dən etibarən qaz təchizatının dayandırılması barədə xəbərdar edib. Bu barədə “Gasum”un rəsmi məlumatında deyilir. Finlandiya qaz çatışmazlığını Estoniyadan gələn “Balticconnector” qaz kəməri ilə kompensasiya etmək niyyətindədir. “Gasum” Rusiyanın tələbi ilə qazın rublla ödənilməsinə keçməkdən imtina edib və arbitrajda buna etiraz etmək niyyətindədir. “Reuters” yazır ki, Finlandiyanın Rusiyadan idxal etdiyi qaz ölkənin enerji istehlakının yalnız beş faizini təşkil edir. Rusiya “dost olmayan” ölkələrdən aprelin 1-dən əvvəllər bağlanmış müqavilələrə görə ödənişlərin rublla aparılmasını tələb edib. Bolqarıstan və Polşa artıq təklif olunan sxem üzrə qazın pulunu ödəməkdən imtina edib, bundan sonra bu ölkələrə tədarük dayandırılıb. Rusiya hökumətinin məlumatına...
Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

AFP

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...

Seçilmiş Videolar

Toplum TV loqo