açıq mənbədən götürülüb
Amerika Birləşmiş Ştatları Rusiyaya silah tədarük edəcəyi və ya sanksiyalardan yan keçməyə kömək edəcəyi halda Çinin ciddi nəticələrlə üzləşəcəyini bəyan edib.
Bu barədə aprelin 18-də Dövlət Departamentinin nümayəndəsi Ned Prays keçirdiyi brifinqdə deyib.
“Əgər Çin Rusiyaya silah tədarükü üzərində işləsə, Rusiyaya sanksiyalardan yan keçməyə kömək etsə, bu, təkcə bizim tərəfimizdən deyil, həm də müttəfiqlərimiz, tərəfdaşlarımız tərəfindən ciddi nəticələrə səbəb olacaq”, - Ned Prays deyib.
ABŞ-ın maliyyə nazirinin müavini Uolli Adeyemo da bildirmişdi ki, Rusiya əleyhinə sanksiyaların növbəti hədəfi hərbi sənaye kompleksidir.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyatın” başlandığını elan edib.
Döyüşlər zamanı rus qoşunları Ukraynanın cənubunda Xerson şəhəri ilə yanaşı, Xarkov vilayətində və Donbasda da ərazilərin bir hissəsini işğal ediblər.
Bir müddət sonra Rusiya qoşunları Kiyevdən və Ukraynanın şimalından geri çəkilib.
BMT-nin məlumatına görə, 4,7 milyondan çox ukraynalı ölkəni tərk edib, iki minə yaxın mülki əhali həlak olub.
Rəsmi səhifə
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?