BRM
ABŞ-ın Gürcüstandakı səfirliyi müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi ilə bağlı bəyanat yayıb.
"Civil.ge"-nin fevralın 23-də verdiyi xəbərə görə, müxalifət liderinin həbsindən dərin narahatlığını ifadə edən səfirliyin bəyanatında bildirilib: "Bu gün Gürcüstan Avroatlantik millətlər ailəsində daha güclü demokratiya olma yolunda geriyə addım atdı".
Səfirlik qeyd edib ki, onlar ABŞ və digər beynəlxalq tərəfdaşların təmkin və dialoqla bağlı çağırışlarına məhəl qoyulmamasından təəssüflənirlər.
Böhran vaxtında Gürcüstan hakimiyyətinin qütbləşdiricii ritorikasına görə hədsiz narahat olduqlarını bildirən ABŞ səfirliyi bəyanatın sonunda bildirib:
"Zorakılıq və aqressiya Gürcüstanın siyasi fərqliliklərini həll etmək üçün çıxış yolu deyil".
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb