Entoni Blinken - Açıq mənbələrdən götürülüb
ABŞ “Taliban”la yalnız o halda əməkdaşlıq edəcək ki, təşkilat üzərinə götürdüyü öhdəliklərə əməl etsin.
NBC telekanalı xəbər verir ki, dövlət katibi Entoni Blinken keçirdiyi birfinq zamanı bu əməkdaşlığın şərtlərini açıqlayıb.
Dövlət katibinin sözlərinə görə, taliblərin öhdəlikləri sırasına Əfqanıstan daxilində hərəkət azadlığı, əfqan xalqının hüquqlarının gözlənilməsi, eləcə də inklüziv hökumətin yaradılması daxildir: "“Taliban" beynəlxalq birlik tərəfindən tanınmağa və dəstək almğa çalışır. Biz buna belə cavab veririk: legitimliyi və dəstəyi haqq etmək lazımdır”.
Blinken deyib ki, ABŞ-ın Əfqanıstandakı diplomatik missiyası Qətərin paytaxtı Dohaya köçürülür.
Amerika diplomatları buradan taliblərlə danışıqlar aparacaqlar. Səfirliyin Kabilə nə vaxt qayıdacağı deyilməyib.
ABŞ Əfqanıstandakı qüvvələrinin təxliyəsini avqustun 30-da başa çatdırıb.
İyirmi illik hərbi kampaniya zamanı Amerika kontingenti 2461 nəfər hərbçi və mülki şəxs itirib, 20 mindən çox şəxs yaralanıb.
Taliblərin nümayəndəsi Zəbiulla Mücahid bildirib ki, sonuncu Amerika əsgərinin çıxması ilə Əfqanıstan gerçək müstəqil dövlət olub.
O, ABŞ-ın məğlub olduğunu, amma taliblərin Vaşinqtonla yaxşı münasibətlər qurmaq istədiklərini bildirib.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?