Rəsmi səhifə
Birləşmiş Ştatlar yaxın günlərdə Ukraynaya daha bir milyard dollar həcmində hərbi yardım göndərəcək.
Bu barədə Prezident Co Bayden məlumat verib. O, Prezident Volodimir Zelenski ilə telefonla danışıb və Ukraynaya “öz suverenliyini və demokratiyasını qorumağa kömək etməkdə” qətiyyətini bir daha ifadə edib.
Baydenin sözlərinə görə, Vaşinqton Kiyevə əlavə artilleriya və sursatlar, sahil müdafiəsi sistemləri və qabaqcıl raket sistemləri göndərəcək. Eləcə də müharibə qurbanlarına əlavə humanitar yardım kimi 255 milyon dollar ayrılacaq. Baydenin bəyanatı Ağ evin saytında yerləşdirilib.
https://toplum.tv/dunya/medvedev-ukraynanin-dunya-xeritesinde-qalacagina-subhe-edir
Pentaqon isə bildirib ki, Ukraynaya 18 ədəd haubitsa və onlar üçün 36 min mərmi, 18 çəkici avtomobil və 4 zirehli avtomobil, gəmi əleyhinə raketlərə malik iki sahil qurğusu, minlərlə radiostansiya və minlərlə optik cihaz göndəriləcək. Təchizat avqust ayında baş tutacaq.
“Ukraynalıların cəsarəti, mətanəti və əzmi dünyanı ruhlandırmaqda davam edir. ABŞ öz müttəfiqləri və partnyorları ilə birlikdə Ukrayna xalqının öz azadlığı uğrunda mübarizəsini dəstəkləməyi dayandırmayacaq”, - Bayden bildirib.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?