Dünya

ABŞ Ukraynaya hərbi yardım paketi ayırdı

2 Mart, 2021
438

Sosial Media

Bazar ertəsi ABŞ-ın Müdafiə Nazirliyi Ukraynaya 125 milyon dollar həcmində hərbi yardım paketi ayırdığını elan edib. 

Bu barədə martın 2-də "Radio Svoboda" məlumat yayıb. 

Məlumata görə, Ukrayna bu vəsaitlə sahil akvatoriyası üçün nəzərdə tutulan iki müasir "Mark VI" patrul kateri alacaq. Ukraynaya həmçinin artilleriya atəşinin mənbəyini müəyyən etməyə imkan verən radarlar, peyk şəkillərinin alınması və çıxarılması üçün cihazlar, səhra tibb avadanlığı veriləcək.

Bu, Co Bayden administrasiyasının Kiyevə ilk hərbi yardım paketidir. Ukraynaya hərbi katerlərin veriləcəyi hələ yayda elan olunmuşdu. Həmin vaxt Dövlət Departamenti bildirmişdi ki, bu katerlər Ukraynaya çaylarda və sahil sularında effektli patrul xidməti həyata keçirməyə imkan verəcək. Ukraynanın arsenalında artıq 6 belə kater mövcuddur. 

ABŞ Konqresi Ukraynaya bu il əlavə 150 milyon dollarlıq hərbi yardım ayrılması barədə qərar çıxardıb. Amma Kiyev bu vəsaiti “hərbi islahat keçirilməsində əhəmiyyətli irəliləyişə” nail olduqdan sonra ala biləcək. ABŞ-ın Müdafiə Nazirliyi “Ukraynanı hərbi qüvvələr üzərində mülki nəzarəti gücləndirən, hərbi sənayenin şəffaflığını və hesabatlılığını artıran, müdafiə sektorunu NATO standartları və prinsiplərinə uyğun modernləşdirən islahatları genişləndirməyə çağırıb”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo