Dünya

ABŞ Ukraynaya yardım üçün hərbi gəmilərini Qara dənizə göndərir

9 Aprel, 2021
147

Açıq mənbələrdən götürülüb

Birlşmir Ştatlar bir həftə ərzində iki döyüş gəmisini Qara dənizə göndərəcək.

"Röyters"in aprelin 9-da verdiyi xəbərə görə, gəmilərin Türkiyəyə məxsus boğazlardan keçərək Qara dənizə daxil olması üçün Türkiyəyə bildiriş təqdim olunub. Gəmilər Montrö sazişinin tələbləri çərçivəsində may ayının 4-nə qədər Qara dənizdə qalacaq. 

Ukraynanın Donbass bölgəsindəki hərbi gərginliyin artması fonunda Ukrayna prezidenti Vladimir Zelenskinin sabah Türkiyəyə səfəri baş tutacaq. 

Bildirilir ki, Zelenskinin səfəri çərçivəsində Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Dövlət başçılarının müdafiə, azad ticarət və turizm məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqları qeyd olunub. 

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar