Tagesschau
Birləşmiş Ştatlar və Avropa Birliyi (AB) Çinin onların hər ikisində narahatlıq doğuran siyasətinə birlikdə qarşı çıxmağa hazır olduqlarını bildiriblər.
"İnterfaks" xəbər verir ki, bu barədəÇin üzrə Vaşinqtonda baş tutan ABŞ-AB danışıqlarından sonra Dövlət Departamentinin açıqladığı press-relizdə məlumat verilir.
Danışıqlarda ABŞ Dövlət katibinin birinci müavini Uendi Şerman və AB-nin xarisi siyasət xidmətinin Baş katibi Stefano Sannino iştirak ediblər.
“Onlar Çinin narahatlıq doğuran, o cümlədən, beynəlxalq hüququ pozan və ümumi dəyərlərə, Birləşmiş Ştatların və AB-nin maraqlarına zidd olan əməllərinin artan siyahısını müzakirə ediblər”, - press-relizdə deyilir.
Belə əməllər arasında Çin tərəfinin Cənubi-Çin və Şərqi-Çin dənizlərində, Tayvan boğazında davranışları göstərilib və onlar “regiondakı sülh və sabitliyə təhdid”, eləcə də “həm Birləşmiş Ştatların, həm də Avropa Birliyinin təhlükəsizliyinə və tərəqqisinə bilavasitə təsir” göstərən hallar kimi qiymətləndirilib.
Danışıqlar zamanı Sincan və Tibetdəki repressiyalar, “Honkonqda muxtariyyətin və demokratiyanın eroziyası” daxil olmaqla Çində insan haqlarının pozulmasına qarşı sıx əməkdaşlıq məsələləri qaldırılıb.
Tərəflər həm də İran, Koreya yarımadası, iqlim dəyişikliyi, səhiyyə, narkotik ticarəti kimi problemlərlə bağlı da əməkdaşlığın vacibliyini qeyd ediblər.
Vaşinqton noyabrın 30-da Hind – Sakit okean regionunda Çin və Şimali Koreyanın potensial təhlükəsinə qarşı öz müttəfiqlərilə əməkdaşlığı genişləndirəcəyini bildirmişdi.
AA
MARCA