Dünya

ABŞ və Çinin qlobal borcu rekord 305 trilyon dollara çatıb

19 May, 2022
174

"Shutterstock"

ABŞ və Çin özlərinin qlobal borclarını rekord 305 trilyon dollara çatdırıblar. Beynəlxalq maliyyə institutunun (İİF) göstəriciləri isə borcun ümumi istehsala nisbətinin azaldığını göstərir.

Cari ilin birinci rübü ərzində Çinin borcu 2,5 trilyon dollar çoxalıb. ABŞ-ın borcuna isə 1,5 trilyon əlavə olunub. Bunun müqabilində dalbadal üçüncü rübdür ki, Avrozonada ümumi borcun azaldığı müşahidə olunur.

Dünya borcunun ümumi daxilə məhsula nisbəti 348 faizə düşüb. Bu da bir il əvvəl qeydə alınan borcdan təxminən 15% aşağıdır. Bu zaman Avropa Birliyi ölkələrində vəziyyətin xüsusilə yaxşılaşması nəzərə çarpır. İİF-in məlumatlarına görə, Vyetnam, Tailand və Cənubi Koreya bu sahədə daha yüksək göstəricilərə malikdirlər.

“Bu il artımın nəzərəçarpacaq dərəcədə azalması gözlənilir, bu da borcun dinamikası üçün mənfi nəticələrə səbəb olacaq”, - İİF hesabatında belə deyilir: “Çindəki kəskin məhdudiyyətlər və maliyyələşmənin qlobal şərtlərinin sərtləşdirilməsi fonunda gözlənilən azalma ehtimal ki, borc əmsalının azalması meylini ləngidəcək və ya hətta geri döndərəcək”.

Dünya

Putin Ukrayna müharibəsindən bəri ilk dəfə ölkəni tərk edib

29 İyun 2022

Sosial media

Rusiya Prezidenti Vladimir Putin Tacikistanda işgüzar səfərdədir.  O, Tacikistanın dövlət başçısı Emoməli Rəhmonla danışıqlar aparacaq. Bu barədə “RİA Novosti” məlumat verib.  Bildirilir ki, daha sonra Vladimir Putin “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Tacikistandan Türkmənistanın paytaxtı Aşqabada yollanacaq. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, Putin və Rəhmon ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticari-iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar, miqrasiya sahələrini müzakirə edəcəklər.
Dünya

Boris Conson: "Putin qadın olsaydı, müharibəyə başlamazdı"

29 İyun 2022

BBC

Böyük Britaniyanın Baş naziri Boris Conson çərşənbə axşamı bildirib ki, əgər Putin qadın olsaydı, Ukraynaya hərbi müdaxilə etməzdi.  “Əgər Putin qadın olsaydı, - göründüyü kimi, elə deyil, - amma əgər olsaydı, mən, həqiqətən də, düşünmürəm ki, bu ağılsız maço müharibəsini başlayardı, xüsusən də baş verən təcavüz və zorakılıq şəklində”, - G7-nin Elmau qəsrindəki sammitindən sonra Almaniyanın ZDF kanalına müsahibə verən Baş nazir belə deyib.  “Əgər sizə toksik maskulinliyin ideal nümunəsi lazımdırsa, bu, onun Ukraynada etdikləridir”, - Boris Conson söyləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peslov Boris Consonun fikirlərinə reaksiya verib.  “Qoca Freyd yaşasaydı, belə bir tədqiqat obyektini yalnız arzulaya bilərdi”,...

Seçilmiş Videolar

Toplum TV loqo