Dünya

ABŞ və müttəfiqləri Rusiyanın qurmaq istədiyi sərhədləri heç vaxt tanımayacaq
 

15 May, 2022
330

Dünyanın ən zəngin yeddi ölkəsi şənbə günü bildirib ki, onlar Rusiyanın Ukraynada müharibə yolu ilə yaratmağa çalışdığı sərhədləri heç vaxt tanımayacaq və Kiyevə ciddi dəstək veriləcək. 

"Turan"ın Vaşinqton müxbiri xəbər verir ki, bu barədə Almaniyada keçən üçgünlük G7 görüşlərinin yekunları üzrə bəyanatda deyilir.

Dövlət Departamentinin adından yaydığı bəyanatda deyilir: “Biz Rusiyanın hərbi təcavüz yolu ilə dəyişməyə çalışdığı sərhədləri heç vaxt tanımayacağıq və Ukraynanın, o cümlədən Krımın və bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyimizi qoruyacağıq”, - Dövlət Departamentinin adından yaydığı bəyanatda G7 xarici işlər nazirləri: Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ və Aİ-nin ali nümayəndəsi bildirib.

Bəyanatda həmçinin Ukraynaya hərbi yardımın “lazım olduğu qədər” davam etdiriləcəyi vəd edilib.

Birgə bəyanata görə, ölkələr Rusiyanın dezinformasiyasının qarşısını alacaq və Çini Moskvaya kömək etməməyə, Rusiyanın müharibəsinə haqq qazandırmamağa çağırıb. 

G7 ölkələri Çini Ukraynanın suverenliyini dəstəkləməyə çağıraraq, Ukraynaya qarşı səbəbsiz müharibənin bütün dünyanı təhdid etdiyini, ciddi ərzaq və enerji böhranına səbəb olduğunu bildiriblər.

Ayrı-ayrılıqda şənbə günü ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə NATO xarici işlər nazirlərinin bu gün Berlində baş tutan görüşü barədə danışıb.

Dövlət Departamentinin bəyanatında deyilir ki, onlar Ukrayna xalqını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər: “28-30 iyunda Madriddə keçiriləcək NATO Sammitinə hazırlıq məsələlərini, o cümlədən növbəti onillikdə NATO-ya rəhbərlik edəcək yeni NATO Strateji Konsepsiya sənədini müzakirə ediblər”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo