Dünya

ABŞ və Rusiya nüvə silahlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib

14 İyun, 2021
143

Açıq mənbələrdən götürülüb

2020-ci ildə nüvə dövlətləri öz arsenallarını daha da artırıblar. 

"Guardian" nəşrinin məlumatına görə, bu barədə Sülh Problemlərinin Tədqiqatı üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında bildirilir. 

“Araşdırmalar göstərir ki, operativ hərbi qüvvələr tərəfindən hazır vəziyyətdə saxlanılan nüvə başlıqlarının sayı 3825-ə çatıb. Halbuki keçən il bu rəqəm 3720 idi”, - deyə sənəddə qeyd edilib. 

Bununla belə, tədqiqatçıların hesabatına görə, 2021-ci ilin əvvəllərində nüvə başlıqlarının ümumi sayının azalması tendensiyası müşahidə olunub. 

“2021-ci ilin əvvəlində doqquz nüvə dövləti – ABŞ, Böyük Britaniya, Çin, Fransa, Hindistan, İsrail, KXDR, Pakistan və Rusiya – ümumilikdə 13 080 nüvə başlığına malik olublar. 2020-ci ilin əvvəlində bu rəqəm 13400 idi".

İki minə qədər nüvə başlığı – onların demək olar, hamısı ABŞ və Rusiyaya məxsusdur – yüksək döyüş hazırlığı vəziyyətindədir. Tədqiqatçılar qeyd edirlər ki, hər iki dövlət özlərinin nüvə arsenalını azaltmağa çalışsalar da, bu ilin əvvəlində hər ölkədə döyüşə hazır başlıqlarının sayı 50 ədəd çoxalıb.

Bildirilir ki, Rusiya özünün ümumi nüvə arsenalını təxminən 180 başlıq artırıb. Bu artım əsasən qurudan atılan qitələrarası ballistik raketlərin və dənizdən atılan ballistik raketlərin hesabına baş verib. 

SIPRI-nin hesabatına görə, dünyadakı nüvə arsenalının təxminən 90 faizi ABŞ və Rusiyanın payına düşür.

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar