Dünya

ABŞ və Ukrayna “Şimal axını 2” ilə bağlı birgə bəyanat qəbul etdi

2 Sentyabr, 2021
181

Reuters

"Ukrayna və ABŞ, "Şimal axını 2" qaz boru kəmərinə qarşı çıxır və bunu Avropanın enerji təhlükəsizliyinə təhdid hesab edirlər".

Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi saytının verdiyi məlumata görə, bu barədə ABŞ və Ukrayna liderlərinin qəbul etdiyi birgə bəyanatda deyilir. 

İki ölkə liderinin sentyabrın 1-də Ağ Evdə baş tutan görüşündə Birləşmiş Ştatlar prezidenti Co Bayden Zelenskini əmin edib ki, ölkəsi Rusiya təcavüzünə qarşı mübarizədə Kiyevin yanındadır.

"Birləşmiş Ştatlar Rusiya təcavüzünə məruz qalımış Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiq qalır,  Ukraynanın Avroatlantika məkanına inteqrasiyasını dəstəkləyir. Ölkələrimiz arasında əməkdaşlıq güclənir, bu əməkdaşlıq gələcəkdə daha da güclü olacaq”, - deyə Bayden vurğulayıb. 

Ağ Evdəki görüş zamanı iki ölkə liderinin əsas etibarilə Krım, Rusiya təcavüzü, Ukraynanın təhlükəsizliyi, korrupsiyaya qarşı mübarizə, islahatlar kimi məsələlərin müzakirə edildiyi bildirilir. 
 

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar