Dünya

ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

28 Sentyabr, 2022
119

Rəsmi səhifə

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını Rusiyanı dərhal  tərk etməyə çağırıb. 

Müraciət bu gün, sentyabrın 28-də ABŞ-ın Rusiyadakı səfirliyinin saytında yayımlanıb.

Dövlət Departamenti vətəndaşlarına sentyabrın 21-də Rusiyada səfərbərlik elan edildiyini xatırladıb:

“Rusiya ikili vətəndaşlığı olan şəxslərin ABŞ vətəndaşlığını tanınmağı rədd edə, onların ABŞ konsulluğundan yardım almasına əngəl ola, bu isə onların Rusiyanı tərk etməsinə mane ola bilər. Nəticədə ikili vətəndaşlığı olan şəxslər hərbi xidmətə çağırıla bilərlər”.

https://toplum.tv/iqtisadiyyat/zengin-ruslar-olkeden-sexsi-teyyarelerle-qacir-istiqametlerden-biri-bakidir

Qurumdan qeyd olunub ki, Rusiyadan digər ölkələrə yalnız məhdud sayda uçuşlar var və növbəti tarixlər üçün onlar bilet tapmaya bilərlər, amma quru sərhədləri “hələ də açıqdır”.

"Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez hərəkət etməlisiniz" - Departament bildirib.

Qurum həmçinin ABŞ vətəndaşlarına Rusiyaya səfər etməkdən çəkinməyi tövsiyə edib və Rusiyada olanlardan “hər hansı siyasi və sosial etirazlardan” çəkinməyi xahiş edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

İranda hüquqları pozulan azərbaycanlılarla bağlı hesabat hazırlanacaq 

Roza Məmmədova
1 Dekabr 2022

Sosial Media

"İranın azərbaycanlılar yaşayan bölgəsində insan haqlarının pozulması ilə bağlı xəbərlərin verilməsində ciddi boşluq yaranıb. Bölgədə davamlı etirazların olması bunu göstərir”.  Toplum Tv xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin doktorantı Ramin Cabbarlı “Feysbuk” hesabında paylaşım edib.  https://toplum.tv/tv-proqramlar/hakimiyyet-irandaki-azeybaycanlilarin-huquqlarini-nece-qoruyacaq Cabbarlının sözlərinə görə, bu missiyanı İrandan olan, hazırda ABŞ və Kanadada akademiyada işləyən olan bir qrup azərbaycanlı aparacaq.   O deyib ki, İrandakı azərbaycanlılar haqqında insan haqları hesabatının hazırlanmasını asanlaşdırmaq üçün xüsusi təşəbbüs qrupu yaradılıb.  16 nəfərlik təşəbbüs qrupunda Ayova Dövlət Universitetinin İqtisadiyyat üzrə doktorantı Behzad Ciddi, Toronto Universitetində Türk və Osmanlı Araşdırmaları doktoru Lalə Cavanşir və digərləri təmsil olunur.  Ramin Cabbarlı hesabatın...
Dünya

İsrail ultramillətçilərin əlindədir - Netanyahu küncə sıxılıb, yoxsa planı var?

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

İsraildə koalisyon hökumətin formalaşması prosesi gedir. Binyamin Netanyahu hakimiyyətdə qalmaq üçün ərəblərə qarşı sərt münasibətləri və qalmaqallı homofob fikirlərilə məşhur olan ultramillətçilərlə sövdələşməyə hazırdır. Əgər gözlənilməz bir şey olmasa, ölkə tarixi boyu ən ultrasağçı hökumətə malik olacaq. Toplum TV İsraildəki hazırki siyasi vəziyyətlə bağlı BBC-də dərc olunmuş məqaləni oxucularına təqdim edir. İsrailin dünyəvi gələcəyi, Yaxın Şərqdə sabitlik və ABŞ ilə münasibətlər təhlükə altındadır. Ənənəvi olaraq sağlar və sağ mərkəzçilərin İsrailin xarici təhlükəsizliyini daha yaxşı təmin etməsi barədə fikir formalaşıb.    Yəqin ki, israillilərin seçimini müəyyənləşdirən amillər sırasında Ağ evdə yəhudi dövlətini respublikaçılar kimi birmənalı dəstəkləməyən demokratların oturması, İran və Rusiyanın...

Seçilmiş Videolar

Toplum TV loqo