açıq mənbədən götürülüb
ABŞ Ermənistanın sabiq maliyyə nazirinin korrupsiya sxeminə məxsus malikanəsini müsadirə etmək istəyir.
Bu barədə məlumat ABŞ-ın Ədliyyə Departamentinin rəsmi saytında dərc edilib.
Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə verilən şikayətdə Birləşmiş Ştatlar ədliyyəçiləri iddia edir ki, iş adamı Sedrak Arustamyan Ermənistanın keçmiş yüksək vəzifəli dövlət məmuru Qaqik Xaçatryan və onun ailəsinə sərfəli vergi rejimi müqabilində 20 milyon dollardan çox rüşvət verib. «Rüşvət ödənişləri “Holmby Hills” əmlakını almaq üçün istifadə edilib və bu yaxınlarda 63 500 000 dollara satışa çıxarılıb», - məlumatda qeyd edilir.
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb.
Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
Xaçatryan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.
açıq mənbədən götürülüb
"Shutterstock"
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”