Açıq mənbələrdən götürülüb
Həbsxanada 8 gündür ki, aclıq aksiyası keçirən sabiq prezident 12 kq çəki itirib.
Bunu "Sputnik Gürcüstan"a açıqlamasında Mixeil Saakaşvilinin vəkili Beka Basiliya deyib.
Vəkilin sözlərinə görə, siyasətçinin əhval-ruhiyyəsi yerindədir, ancaq sağlamlığında təhlükə var.
"Ona baxanda görürsən ki, adam arıqlayıb. Gün keçdikcə onun sağlamlığı pisləşməyə başlayacaq", - deyə Basiliya bildirib və əlavə edib ki, həbsxana rəhbərliyi Saakaşvilinin ona şəxsi həkiminin baxmasına dair xahişinə hələlik cavab verməyib.
Sabiq Prezidentin atası Nikoloz Saakaşvilini oğluna "Facebook"da müraciətində ondan aclığı dayandırmağı və siyasi mübarizəni davam etdirməyə çağırıb.
M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılaraq Rustavidə cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”