Dünya

Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilmədi

9 May, 2022
81

açıq mənbədən götürülüb

Avropa İttifaqı (Aİ) ölkələri səfirlərinin mayın 8-də keçirilən görüşündə Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılıq əldə olunmayıb.

“Bloomberg”-in məlumatına görə, Rusiya neftinin idxalı və nəqlinə qoyulan məhdudiyyətlər Macarıstan, Yunanıstan və Kipr tərəfindən bloklanıb.

Altıncı sanksiyalar paketi digər məsələlərlə yanaşı, Rusiya neftinin alınmasına və daşınmasına qadağa qoyulması təklifini nəzərdə tutur. İqtisadiyyatları Rusiya yanacağından daha çox asılı olan Macarıstan, Çexiya və Slovakiya 2024-cü ilə qədər vaxt istəyirdilər.

Yeni sanksiyalar paketi çərçivəsində Aİ Rusiyaya qarşı neft embarqosu tətbiq etməyi, Rusiya neftinin daşınması üçün nəqliyyat və sığorta xidmətlərini qadağan etməyi, üç dövlət televiziya kanalının yayımını qadağan etməyi planlaşdırır. “Sberbank” və daha iki iri bank SWIFT banklararası rabitə sistemindən ayrılacaq. Bundan əlavə, İttifaqın rezidenti olmayan Rusiya vətəndaşlarına Aİ ərazisində daşınmaz əmlak almağı qadağan etmək planlaşdırılır.

Macarıstan hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiya yanacağının tədarükünü məhdudlaşdırmaq təkliflərinə mane olacaqlar.

Dünya

Böyük Britaniya Rusiyanın 3 aviaşirkətinə sanksiya tətbiq edib

19 May 2022

açıq mənbədən götürülüb

Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib.  Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib. Məlumatda bildirilir ki, bu aviaşirkətlər artıq Britaniya hava limanlarında istifadə olunmamış yerlərini sata bilməyəcəklər və bu, Rusiyanın 50 milyon funt sterlinq (62,3 milyon dollar) mənfəət əldə etməsinə mane olacaq. “Nə qədər ki, Putin Ukraynaya qarşı barbar hücumunu davam etdirəcək, biz də Rusiya iqtisadiyyatına zərbə vurmağa davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün biz onların hava limanlarımızda sərfəli yerlərini nağdlaşdırmasının qarşısını almaq üçün hər şeyi edirik. Hər bir iqtisadi sanksiya bizim Putinə aydın mövqeyimizi gücləndirir: Ukrayna qalib...
Dünya

ABŞ və Çinin qlobal borcu rekord 305 trilyon dollara çatıb

19 May 2022

"Shutterstock"

ABŞ və Çin özlərinin qlobal borclarını rekord 305 trilyon dollara çatdırıblar. Beynəlxalq maliyyə institutunun (İİF) göstəriciləri isə borcun ümumi istehsala nisbətinin azaldığını göstərir. Cari ilin birinci rübü ərzində Çinin borcu 2,5 trilyon dollar çoxalıb. ABŞ-ın borcuna isə 1,5 trilyon əlavə olunub. Bunun müqabilində dalbadal üçüncü rübdür ki, Avrozonada ümumi borcun azaldığı müşahidə olunur. Dünya borcunun ümumi daxilə məhsula nisbəti 348 faizə düşüb. Bu da bir il əvvəl qeydə alınan borcdan təxminən 15% aşağıdır. Bu zaman Avropa Birliyi ölkələrində vəziyyətin xüsusilə yaxşılaşması nəzərə çarpır. İİF-in məlumatlarına görə, Vyetnam, Tailand və Cənubi Koreya bu sahədə daha yüksək göstəricilərə malikdirlər. “Bu il artımın...

Seçilmiş Videolar

Toplum TV loqo