Dünya

Aİ Rusiya Mərkəzi Bankının 23 milyard avroluq aktivlərini dondurub

26 May, 2022
158

centralbanking.com

Sanksiyalar çərçivəsində Avropa İttifaqı Rusiya Mərkəzi Bankının təxminən 23 milyard avro məbləğində aktivlərini dondurub.

“Reuters” yazır ki, bunu Aİ-nin ədliyyə üzrə komissarı Didye Reynders deyib.

ABŞ isə Rusiya Mərkəzi Bankının 100 milyard dollarlıq aktivlərini dondurub.

"Avropa Komissiyasının 27 üzv ölkədən aldığı məlumata görə, bu dondurulmuş aktivlərin yalnız onda birindən az hissəsi Aİ-dədir", deyə, Reynders bildirib.

Qurum rəsmisinin sözlərinə görə, Aİ ölkələri də rusların yaxta və villaları da daxil olmaqla, 10 milyard avroya yaxın fiziki aktivlərini dondurub. Reynders onu da qeyd edib ki, Aİ-da dondurulmuş 23 milyard “ABŞ-ın dondurduğu 100 milyardla müqayisədə cüzi bir rəqəmdir”.

Aİ ilə yanaşı, martın əvvəlindən bəri ABŞ, Böyük Britaniya və Yaponiya tərəfindən Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edərək, bankın öz milli valyutalarında olan ehtiyatlarını dondurub.

Dünya

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Lvov Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Xoşbəxt Ukrayna” siyasi partiyasının və Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib. Bu barədə iyulun 5-də «Ukrainskaya Pravda» nəşri məlumat yayıb.  Lvov məhkəməsi hər iki partiyanın qadağan edilməsi ilə bağlı Ukrayna Ədliyyə Nazirliyinin iddialarını təmin edib.  https://toplum.tv/dunya/ukrayna-ruslar-ucun-viza-tetbiq-etdi “Xoşbəxt Ukrayna” - Rusiyaya qaçan Viktor Yanukoviç hökumətinin keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun siyasi layihəsi hesab edilirdi. Məhkəmə qərarından bir neçə gün əvvəl partiyanın adı dəyişdirilmişdi: əvvəllər o, "Uğurlu Ukrayna" adlanırdı. Ukrayna Kommunist Partiyası isə Petro Simonenkonun ideya məhsuludur. Bu partiya hələ 2015-ci ilin dekabrında Kiyev Rayon İnzibati Məhkəməsi tərəfindən qadağan edilib, amma məhkəmə dartışması səbəbindən mövcudluğunu...
Dünya

Finlandiya və İsveç NATO-ya üzvlük protokollarını imzaladı

5 İyul 2022

ZDF

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar. "Reuters" xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və 30 NATO ölkəsinin səfirləri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolları imzalayıblar.  “Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, - NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib. Finlandiya və İsveç Rusiyanın Ukraynada başlatdığı müharibə...

Seçilmiş Videolar

Toplum TV loqo