Dünya
Aleksey Navalnı Rusiyaya qayıdır
13 Yanvar, 2021
Baxış: 67
Aleksey Navalnı
FOTO: RİA Novosti 
 
Rusiya müxalifətinin liderlərindən biri, "Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı tezliklə ölkəsinə qayıdacağını bəyan edib. 

Bu barədə o, yanvarın 13-də özünün "Twitter” hesabında məlumat verib. 

"Mənim qarşımda heç vaxt qayıdıb-qayıtmamaq kimi bir seçim olmayıb. Çünki mən heç vaxt getməmişəm. Mən Almaniyaya reanimasiya qutusunda gəlmişəm. Yanvarın 17-də "Qələbə” reysi ilə evə qayıdacam. Görüşərik!”, - deyə Navalnı sosial media hesabında yazıb. 

Hazırda Navalnı Almaniyadadır. O, Berlinin "Charite" klinikasında müalicə alırdı. 

Avqust ayında Rusiyada zəhərlənən və təcili şəkildə Almaniyaya çatdırılan müxalifət liderinin üzərində aparılan müayinələrdən sonra, onun qadağan olunmuş "Noviçok" maddəsiylə zəhərləndiyi məlum olmuşdu. 

Navalnı sui-qəsd cəhdinin arxasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin dayandığını iddia edir. Avropa Birliyi və ABŞ onun zəhərlənməsi ilə əlaqədar olaraq, Rusiya hökumətinə qarşı sansksiyalar tətbiq ediblər. Rusiya hökuməti isə ona ünvanlanan ittihamları rədd edir.

Dünya

Tramp haqqında çıxarılmış iki impiçment qərarı nə mənaya gəlir? - Analiz

22 Yanvar 2021
Donald Tramp ABŞ tarixində yeganə prezidentdir ki, Nümayəndələr palatası onun haqqında iki dəfə impiçment hökmü çıxarıb. İlk dəfə 2019-cu ilin dekabrında hakimiyyətdən sui-istifadəyə (O, Ukrayna hökumətinə təzyiq göstərməkdə ittiham edilirdi) və Konqresin araşdırmasına əngəllər yaratdığına görə. İkinci dəfə isə 2021-ci ilin yanvarında qiyama təhrik etməyə görə. Vəzifəsini tərk edən prezident üçün impiçment nə deməkdir? ABŞ Konqresinin aşağı palatasından – Nümayəndələr palatasından impiçment qərarının çıxması prezidentin dərhal vəzifədən kənarlaşdırılması mənasına gəlmir. Bunun üçün Konqressin yuxarı palatası – Senat impiçment üzrə xüsusi mühakimə iclasında 2/3 səs çoxluğu ilə onu günahkar bilməlidir. ABŞ Nümayəndələr palatası cəmi üç prezidentə qarşı impiçment hökmü çıxarıb: Endrü...
Dünya

Kasıb ölkələrə "Pfizer" vaksini göndəriləcək
 

22 Yanvar 2021
"Pfizer/BioNTech" şirkətlərinin koronavirusa qarşı istehsal etdiyi vaksin Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı çərçivəsində kasıb ölkələrə də çatdırılacaq. Bu barədə yanvarın 22-də "Röyters" xəbər verib. Məlumata görə, "Pfizer"in kasıb ölkələrə çatdırılması ilə bağlı təfərrüatlar hələlik məlum deyil, amma həcmin o qədər də böyük olmayacağı ehtimal edilir. Buna səbəb kimi COVAX proqramının həyata keçirildiyi ölkələrdə peyvəndin əsasən tibb işçiləri üçün nəzərdə tutulması göstərilir. COVAX vasitəsilə "Pfizer" vaksinlərinin kasıb ölkələrə fevraldan etibarən çatdırılacağı bildirilib. Daha əvvəl Ukrayna və Gürcüstan kimi post-Sovet ölkələrinin hökumətləri ilin birinci rübündə "Pfizer" vaksinlərini əldə edəcəklərini bildirmişdilər. Amma doza sayının yüksək olmayacağı bildirilib. Gürcüstanın cəmi 700 min doza "Pfizer"...
Seçilmiş Videolar