AFP
Almaniya Ukraynaya onlarla “Hepard” özüyeriyən zenit qurğuları göndərəcək.
Bu barədə AFR müdafiə naziri Kristina Lambrext məlumat verir. Təchizatın nə vaxt baş tutacağı dəqiqləşdirilmir.
ABŞ müdafiə naziri Lloyd Ostin Almaniyanın “50 “Hepard” qurğusu göndərməsi”ni alqışlayıb. Almaniyanın qərbindəki Ramştayn hərbi aviabazasında 40-dan çox ölkə nümayəndələrinin apardığı danışıqlardan sonra Ostin bildirib ki, bu qurğular Ukrayna üçün real imkanlar yaradacaq.
Bundesverin saytında bildirilir ki, “Hepard” qurğuları alman ordusunun zenit qüvvətlərinin dayaqlarından biri olub. İki 35 millimetrlik pulemyotu olan olan qurğu hərbi hissələrin alçaqdan uçan təyyarə və helikopterlərdən müdafiəsi, eləcə də yerüstü hədəflərin vurulması üçündür.
“Hepard” Almaniyada 2010-cu ilə qədər istifadə olunub. Silahlar Ukraynaya “Krauss-Maffei Wegmann” şirkətinin anbarlarından veriləcək.
“Die Welt” xəbər verir ki, “Rheinmetall” konserni Ukraynaya 88 ədəd “Leopard 1A5” tanklarını göndərmək üçün Almaniya hökumətindən icazə istəyib. İlk 22 tank yaxın həftələrdə, qalanları isə ilin sonuna qədər Ukraynaya göndərilə bilər.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”