Dünya

Almaniya kansleri: Ukraynadakı müharibəyə görə şəxsən Putin məsuliyyət daşıyır

11 Avqust, 2022
214

Açıq mənbələrdən götürülüb

Almaniya kansleri Olaf Şolts Berlində keçirdiyi mətbuat konfransında Ukraynadakı müharibəyə görə Rusiya Prezidenti Vladimir Putinin şəxsən məsuliyyət daşıdığını açıqlayıb. 

Bu barədə avqustun 11-də DPA agentliyi məlumat yayıb.

Şolts Rusiyanın törətdiyi iddia edilən hərbi cinayətləri pisləyib, amma Rusiya Prezidentinin bunlara görə məsuliyyət daşıyıb-daşımaması və onun buna görə məsuliyyətə cəlb edilib-edilməməli olduğu barədə suala cavab verməyib. 

Şoltsun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların başlanmasına görə məsuliyyət sıravi rusların deyil, ölkə rəhbərliyinin üzərinə düşür. O, bu barədə Rusiya vətəndaşlarına vizaların verilməsinin dayandırılması təklifi ilə bağlı sualı cavablandırarkən danışıb. 

https://toplum.tv/dunya/cnn-rusiya-herbcileri-iran-pua-lariyla-telimlere-baslayib

"Əgər sanksiyalar hamıya, o cümlədən təqsiri olmayanlara qarşı yönəldilsə, bu, onların effektivliyini zəiflədərdi", - alman siyasətçi deyib. Şoltsun sözlərinə görə, onun üçün vizaların verilməsinin tamamilə dayandırılmasını təsəvvür etmək çətindir. “Bu, Putinin müharibəsidir”, - deyə o əlavə edib.

Almaniya kansleri deyib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini davam etdirmək niyyətindədir, Almaniya da Ukraynaya silah və maliyyə dəstəyini davam etdirəcək: “Biz özümüzü bu müharibənin bütün dünyaya və təbii ki, Avropaya və ölkəmizə göstərəcəyi təsirlərə hazırlamışıq”.

Almaniya Xarici İşlər Nazirliyi təzəlikcə açıqlama yayaraq bildirib ki, Avropa İttifaqı növbəti sanksiyalar paketi çərçivəsində Rusiya vətəndaşlarına vizaların verilməsinin ləğvi təklifini müzakirə edəcək. Bununla belə XİN sözçüsü qeyd edib ki, o, qadağanın qəbulu ehtimalının az olduğunu hesab edir.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinə Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırmışdı Bundan əlavə, bir neçə Aİ ölkəsi Şengen zonasında belə bir sanksiyanın həyata keçirilməsi mümkünlüyünü gündəmə gətirmişdi.

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo