Dünya

Almaniyada sel fəlakəti, ölənlərin sayı 100-ü keçdi

16 İyul, 2021
1156

Sosial Media

Almaniyanın qərb və cənub-qərb bölgələrində  fasiləsiz yağan leysan yağışları daşqınlara səbəb olub. 

"Bild" nəşrinin məlumatına görə, təbii fəlakət nəticəsində 100-dən çox insan həlak olub, 1300-ə yaxın sakinin isə itkin düşdüyü bildirilir. 

Aramsız yağan yağışlar nəticəsində Reyn çayının daşdığı, suyun səviyyəsinin 8 metrədək qalxdığı qeyd olunur. Hökumət Reyn sahilində yaşayan əhalinin təxliyyə ediləcəyi ilə bağlı açıqlama verib. Hökumət həmçinin bölgədə hərbi fəlakət rejimi elan edib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 850 hərbçi yollayıb.

Almaniya kansleri Angela Merkel də bildirib ki, zərərçəkənlərə maddi yardım ediləcək. 

Daşqınlar təkcə Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.

Dünya

Sabah Kremldə Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sənədlər imzalanacaq

29 Sentyabr 2022

Açıq mənbələrdən götürülüb

Sentyabrın 30-da Kremldə “Rusiyaya yeni ərazilərin daxil olması” haqqında müqavilələr imzalanacaq.  Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Söhbət Rusiya qoşunlarının işğalı altında olan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən gedir.  Dövlət Dumasının deputatları sentyabrın 30-da saat 15:00-da Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək tədbir üçün Kremlə dəvət olunublar. Bu barədə RİA “Novosti” Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat Denis Parfenova istinadən məlumat yayıb. Peskovun sözlərinə görə, ilhaq sənədlərini imzalamazdan əvvəl Putin deputatlar qarşısında çıxış edəcək.  Razılaşmalar separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın liderləri, həmçinin Xerson və Zaporojye vilayətlərinin Rusiya işğal administrasiyalarının rəhbərləri ilə...
Dünya

Rusiya “Şimal axını”ndakı insidentlərin arxasında ABŞ-ın dayandığını iddia edir

29 Sentyabr 2022

Reuters

“Şimal axını” qaz kəmərlərindəki insidentlər ABŞ kəşfiyyatının məsuliyyət daşıdığı zonada baş verib. "RİA Novosti" xəbər verir ki, bunu sentyabrın 29-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" proqramının efirində deyib. Onun sözlərinə görə, qaz kəmərlərində sızmalar Danimarka və İsveçin ticarət-iqtisadi zonasında baş verib və bu əraziyə “Amerikanın kəşfiyyat xidməti nəzarət edir”.  https://toplum.tv/dunya/putin-heqiqeten-nuve-silahindan-istifade-ede-bilermi Bundan əvvəlsə məlum olub ki, İsveç Sahil Mühafizəsi “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində dördüncü qaz sızmasını aşkar edib. Dörd sızıntıdan ikisi İsveçin iqtisadi zonasında baş verib. "Svenska Dagbladet" nəşrinin yazdığına görə, indiyə qədərki  məlumatlar sızıntıya səbəbin təxribat olduğunu göstərir. “Şimal axını”...

Seçilmiş Videolar

Toplum TV loqo