Dünya

Almatıda sutka ərzində 2 minə yaxın şəxs saxlanılıb

13 Yanvar, 2022
164

Açıq mənbələrdən götürülüb

Ötən sutka ərzində Qazaxıstanın Almatı şəhərində iğtişaşlarda iştirak, talançılıq və digər əməllərdə şübhəli bilinən 1925 nəfər saxlanılıb. 

Bu barədə "İnterfaks" şəhər komendaturasının informasiya mərkəzinə istinadən xəbər verir. 

“38 ədəd odlu silah və 1486 sursat müsadirə olunub” – komendaturanın xəbərində deyilir. Eləcə də Bostandık və Türksib rayonlarının yaşayış massivlərinin “bandit qruplaşmalarından” təmizləndiyi bildirilir.

Sakinlərdən 102 xidmətinə 961, komendaturanın çağrı mərkəzinə 215 operativ müdaxilə tələb edən siqnal daxil olub. Bildirilir ki, bütün müraciətlərə reaksiya verilib. 

Bir sutka əvvəl Almatıda eyni əməllərdə şübhəli bilinən 1678 nəfər saxlanılmış, 36 ədəd odlu silah və 1476 sursat müsadirə olunmuşdu.

Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib.  "Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib. Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq. https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib. Ukraynanın müdafiə...
Dünya

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb

12 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. "Anadolu" agentliyi xəbər verib ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu göstəriş verib.   https://toplum.tv/dunya/ruslar-kutlevi-sekilde-turkiyeden-ev-alir “Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Krım tatarlarına “türk mənşəli həmvətən” statusu əsasında  uzunmüddətli yaşayış icazəsi verməyə başlayıb. Əvvəllər Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər bu statusdan yararlanıblar", - deyə o bildirib.  Qeyd olunub ki, Krım tatarlarına yaşayış icazəsi 2022-ci ilin iyununda daxili işlər naziri Süleyman Soylunun adından verilməyə başlanıb. 

Seçilmiş Videolar

Toplum TV loqo