Dünya

Amerika hərbi gəmisi Rusiya sərhədlərinə istiqamət götürüb

11 İyun, 2021
61

RIA Novosti

Birləşmiş Ştatların "Labun" adlı raket esminesi əməliyyat aparmaq üçün Qara dənizə göndərilib. 

Bu barədə iyunun 11-də ABŞ-ın Aralıq dənizində dislokasiya olunmuş Altıncı donanmasının "Tvitter" səhifəsində məlumat verilib. 

Bildirilir ki, əməliyyat regionda təhlükəsizliyi təmin etmək məqsədiylə həyata keçiriləcək. 

Həmçinin qeyd olunub ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri NATO-dakı müttəfiqləriylə birgə Qara dənizdə "müntəzəm iş görür". 

Dünya

Seçki günü Ermənistanda məntəqədə atəş açılıb

20 İyun 2021

Sia.az

İyunun 20-də Ermənsitanda seçki məntəqəsinə atəş açıldığı bildirilir. Bu haqda News.am xəbər verir. Polis Şöbəsinə Azataşen kəndindəki seçki məntəqəsinə atəş edildiyi barədə məlumat daxil olduğu deyilir. Araşdırma zamanı məlum olub ki, seçki məntəqəsində “Çiçəklənən Ermənistan” Partiyası ilə “Verelk” Partiyasının nümayəndələri arasında mübahisə düşüb və bir neçə dəfə atəş açılıb. Faktla bağlı araşdırma aparılır. Emənistanda “Respublika naminə” partiyasının rəhbəri, “Şirinyan-Babacanyan demokratlar bloku”nun liderlərindən Arman Babacanyan seçki günü səhər saatlarında avtomobilinin yan şüşəsində güllə izi tapdığını deyir. Bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışan siyasətçi özünə heç nə olmadığını bildirib. Onun sözlərindən məlum olur ki, hadisə vaxtı avtomobildə nə özü, nə də...
Dünya

Koçaryanın bloku polisə müracəit etdi

20 İyun 2021

Qazet.az

Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku polisə müraciət edərək qanun pozuntularını aradan qaldırmağa çağırıb. Müraciətdə blokun liderlərinin ünvanına təhqir və nifrət məzmunlu materiallar hazırlayanların, yayanların və bunun sifarişçilərinin üzə çıxarılması tələb olunur. Bu haqda “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb. Müxalifət blokunun üzvləri qeyd edirlər ki, nifrət və təhqir dolu videolar artıq internetə də yüklənib. “Ermənistan” bloku bəyan edir ki, polis məsələni araşdırmasa əks halda bütün bunların hakimiyyətin əməlləri kimi dəyərləndirəcək. Blok həmçinin seçki günü çox sayda qanun pozuntularının baş verməsi haqda bəyanatla çıxış edib.
Seçilmiş Videolar