açıq mənbədən götürülüb
ABŞ Senatı ölkə büdcəsindən Ukraynaya yardım üçün nəzərdə tutulan 40 milyard dollar məbləğində yardımın tələsik qəbul edilməsi barədə razılığa gələ bilməyib.
Sürətli prosedur respublikaçı Rend Pol tərəfindən bloklanıb. Kentukkidən olan senator qanun layihəsinə ayrılan vəsaitin auditi barədə maddə əlavə edilməsini istəyib.
"Radio Svboda"nın məlumatında bildirilir.
Təxminən 40 milyard dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsi Konqresin aşağı palatası tərəfindən bəyənilib. Vəsaitin ayrılması üçün layihəni Senatın da bəyənməsi və prezidentin imzalaması lazımdır. Senatorlar onu artıq bu həftə bəyənməyi planlaşdırırdılar: daha əvvəl ayrılan vəsait mayın 19-da tükənəcək. Amma Pol qanuna 40 milyard dolların necə xərclənəcəyinə nəzarət etmək üçün xüsusi ispektorun təyin edilməsi barədə müddəa salınmasını tələb edib.
Qanunun qəbulunu ləngitməmək üçün Kentukkidən olan digər respublikaçı senator Mitç Makkonel və Senatdakı demokrat çoxluğun lideri Çak Şumer bu müddəanın qanun layihəsinə əlavə kimi qəbul edilməsini təklif ediblər, amma Pol təklifini geri çəkməyib.
İndi sənəd üzrə səsvermə bir neçə günlük təxirə salınıb və növbəti həftə baş tutacaq. Pol layihəni təkbaşına bloklaya bilməz. Amma sənədə hər hansı bir dəyişiklik edilərsə, o, yenidən aşağı palata tərəfindən bəyənilməlidir.
AFP
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”