Dünya

Amerikalılara Azərbaycana səfərləri ləğv etmək tövsiyə olunub
 

31 Avqust, 2021
120

Sosial media

Bazar ertəsi ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Azərbaycana gedən amerikalıları COVİD-19 xəstəliklərinin kəskin artması ilə əlaqədar səfəri ləğv etməyə çağırıb.
 
Bu barədə Turan-ın ABŞ-dakı müxbiri məlumat verib.
 
Mərkəz həmin səbəbdən İsveçrə, Estoniya, Şimali Makedoniyaya səfərləri məhdudlaşdırmağı tövsiyə edib.
 
Dövlət Departamenti amerikalılara bu ölkələrə səfərlərin qadağan olunması barədə də xəbərdarlıq edib.
 
Con Hopkins Universitetinin məlumatına görə, son bir həftə ərzində Azərbaycanda orta hesabla gündə 3784-ə yaxın yeni COVİD-19 halı qeydə alınıb, orta hesabla hər gün 35 nəfər vəfat edib.
 
Son bir həftə ərzində ABŞ-da orta hesabla gündə 154000-dən çox yeni infeksiya halı qeydə alınıb.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar