Açıq mənbələrdən götürülüb
Almaniyanın keçmiş kansleri Angela Merkel öz istefasından sonra verdiyi ilk böyük müsahibədə Rusiyanın Ukraynaya təcavüzünü böyük səhv adlandırıb. “Bu, beynəlxalq hüququ heçə sayan qəddar, bəraəti olmayan hücumdur”, - keçmiş siyasətçi deyib.
“Putinin nifrəti, düşmənçiliyi Qərbin demokratiya modelinə yönəlib. O, Avropa Birliyini məhv etmək istəyir”, - Merkel “Der Spiegel”in jurnalistinə söyləyib.
Keçmiş kanslerin sözlərinə görə, Qərb də bu təcavüzün qarşısını almaq üçün hər şeyi etməyib: “Biz Ukraynadakı müharibənin önünü kəsəcək təhlükəsizlik arxitekturası yarada bilmədik. Bunun haqqında düşünməliyik”.
Bununla belə, Merkel vurğulayıb ki, özünün indi “çox yumşaq” kimi qiymətləndirilən və tənqid olunan Rusiya siyasətinə görə üzr istəmək niyyətində deyil.
Keçmiş kansleri Ukrayna məsələsində daim Rusiya ilə komromisə can atmaqda qınayırlar və nümunə kimi onun Minsk razılaşmalarına münasibətdə güzəştlərə hazır olmasını göstərirlər.
Amma Angela Merkel Putinlə aparılan danışıqlarda sadəlövh olmadığını iddia edib. O bildirib ki, Rusiya və Ukrayna arasındakı konflikti diplomatik yolla həlli cəhdinin düzgün olduğunu hesab edir: “İşə yaramadığına görə diplomatiyanı yanlış hesab etmək olmaz”. Bununla bərabər o, etiraf edib ki, 2014-cü ildə Krımın ilhaqına daha sərt cavab vermək lazım idi: “Hərbi güc - Putinin anladığı yeganə dildir”.
Keçmiş kansler Ukraynanın 2008-ci ildə NATO-ya qəbul olunmasına qarşı çıxmasını belə izah edib: “O vaxtkı Ukrayna ilə indiki Ukrayna eyni deyil. O vaxtkı Ukrayna Yanukoviç və Yuşenko arasında siyasi cəhətdən çox bölünmüşdü. Daxilən sabit demokratik ölkə deyildi”.
Digər tərəfdən, Merkelin sözlərinə görə, Ukrayna NATO-ya qəbul olunsaydı, Putin bunu “müharibə elanı” hesab edəcəkdi, o, isə Rusiya prezidentinə belə bəhanə vermək istəməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb