Dünya
AŞPA-nın keçmiş deputatı Azərbaycanla bağlı korrupsiya işinə görə həbs olundu
12 Yanvar, 2021
Baxış: 60
Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Luka Volonte yanvarın 11-də korrupsiya ittihamı ilə 4 il müddətinə həbs edilib. Bu barədə  yanvarın 12-də "Kavkazskiy uzel” İtaliyanın "La Republica" nəşrinə istinadla məlumat verir.

Milan məhkəməsi Volonteni Azərbaycanın iki siyasi xadimindən yarım milyon avro almaqda təqsirli bilib. Məhkəmənin iddiasına görə, Volonte bu məbləği 2013-cü ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar haqqında məruzəni qəbul etməsinə mane olmaq üçün alıb.

İttiham tərəfi hesab edir ki, Volonteyə göndərilən vəsait konsaltinq xidmətləri üçün ödəniş kimi rəsmiləşdirilirdi. Volonte təxminən 2,4 milyon alıb, amma cəmi yarım milyonun alınmasını sübuta yetirmək mümkün olub.

Volontenin vəkili keçmiş deputatın qeyd edilən rüşvətin alınması istisna olmaqla, ittihamın əksər bəndləri üzrə bəraət almasından məmnunluğunu bildirib. "Əminik ki, şikayətdən sonra ittihamın bu kiçik hissəsi də aradan qalxacaq və Luka Volontenin təqsirsizliyi tamamilə etiraf ediləcək”, deyə nəşr vəkil Domeniko Pulitanodan sitat gətirir.

İtaliyalı deputat Lula Volonte beynəlxalq "Kürü diplomatiyası” qalmaqalının – beynəlxalq "Avropa Sabitlik Təşəbbüsü” qeyri-hökumət təşkilatının araşdırmasının fiqurantıdır. O, Azərbaycandan 2,3 mln. avro almaqda, bu vəsaiti 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin qəbul edilməməsi məqsədilə bir sıra AŞPA deputatlarının cəlb edilməsinə xərcləməkdə ittiham olunur.

2016-cı ildə Milan prokurorluğu Volonte barəsində təhqiqata başlayıb, ona qarşı ittihamlar irəli sürüb. Onun barəsində məhkəmə 2019-cu ilin iyununda başlayıb.

2017-ci ildə AŞPA müstəqil istintaq qrupu yaradaraq, deputatlar arasında korrupsiya faktları ilə bağlı öz araşdırmasını aparıb.

2018-ci il iyunun 27-də Komitə prosedur qaydalarına uyğun olaraq 14 deputatın Avropa Şurasının binasına və tədbirlərinə girişini ömürlük qadağan edib. Azərbaycandan o vaxtki iki deputat – Müslüm Məmmədov və Elxan Süleymanov da sanksiyalara məruz qalıb. Qalmaqal başladıqdan sonra onlar artıq Bakıdan AŞPA tədbirlərinə ezam edilmir (Turan.az).
Dünya

Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

25 Yanvar 2021

Qazeta.ru

“Rusiyada hər kəs öz fikrini bildirmək hüququna malikdir, lakin qanuni metodlarla...” Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də “Tatyanin den” münasibətilə keçirilən videokonfransda icazəsiz aksiyaları şərh edərkən belə deyib. “Mən artıq dəfələrlə belə mövzular barədə danışmışam. Qeyd etmək istəyirəm ki, bütün insanlar qanun çərçivəsində öz fikirlərini bildirmək hüququna malikdirlər. Qanundan kənara çıxan hər şey sadəcə əks təsirli deyil, həm də təhlükəlidir. Rusiya öz tarixində dəfələrlə vəziyyətin qanun çərçivəsindən çıxması və bunun cəmiyyəti, dövləti sarsıtmağa gətirib çıxardığı halla qarşılaşıb, bundan təkcə dövləti və cəmiyyəti sarsıdanlar deyil, həm də buna heç bir aidiyyəti olmayan insanlar əziyyət çəkib”, - deyə Rusiya dövlət başçısı vurğulayıb....
Dünya

Cavad Zərif: "Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq"

25 Yanvar 2021

Sosial media

İranın xarici işlər naziri Cavad Zərif dünən gecə Bakıya səfərə çıxmazdan əvvəl Tehran hava limanında jurnalistlərin suallarını cavablandırıb. TRT-nin yanvarın 25-də verdiyi xəbərə görə, nazir Azərbaycan Respublikasına səfəri çərçivəsində regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini deyib. “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə tezliklə evlərinə qayıtmaları üçün yardım etmək istəyirik”, - deyə Cavad Zərif bildirib. Nazir deyib ki, Bakıya səfər çərçivəsində azərbaycanlı tərəfdaşlarla Qarabağda sabitlik, sülh və bölgənin yenidən qurulması ətrafında diskusiyalar aparılacaq. Danışıqlarda tranzit yükdaşımaları və Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı məsələlər də gündəmdə olacaq.  
Seçilmiş Videolar