DW
COVID-19 əleyhinə İngiltərə-İsveç şirkətlərinin birgə istehsalı olan "AstraZeneca" vaksini martın 25-də "Vaxzevira" adını alıb.
Bu barədə məlumat martın 30-da Avropa Səhiyyə Agentliyinin (EMA) rəsmi saytında yerləşdirilib.
İsveçin Tibb Məhsulları Agentliyinin saytında göstərilir ki, peyvənd üzərində başqa dəyişikliklər həyata keçirilməyəcək. Bununla belə, vaksinləmə üzrə mütəxəssislərin adın dəyişdirilməsi barədə xəbərdar olmalı olduqları qeyd edilib, çünki preparat haqqında məlumatlarda, onun markalanması və qablaşdırılmasında dəyişikliklər ola bilər bilər.
"AstraZeneca" vaksininin adının dəyişdirilməsi peyvənd olunan şəxslərdə təhlükəli ağırlaşmalar barədə yayılan xəbərlərin fonunda baş verib. Avstriyada peyvənd olunan bir şəxsdə çoxsaylı tromboz aşkar olunub və o, birinci dozadan 10 gün sonra vəfat edib. Daha bir nəfər ağciyərdə tromblaşma diaqnozu ilə xəstəxanaya yatırılıb. Avropa Birliyi ölkələrinin bəziləri ehtiyat tədbirləri çərçivəsində preparatdan istifadəni dayandırıblar.
EMA-nın ekspertləri "AstraZeneca" vaksininin tromblaşma riskini artırdığını təsdiqləməyiblər. Təşkilat onun təhlükəsiz və effektiv olduğunu qeyd edib.
Bunula belə, alimlər vaksinin yan təsirlərini araşdırmağa davam edirlər. Bildirilib ki, tromboz halları haqqında məlumatlar vaksin haqqındakı ümumi məlumatlara daxil ediləcək.
Gazprom.ru
AFP
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?