Dünya

Avropa Birliyi: Rusiya münaqişədə tərəfdir, vasitəçi yox

3 Mart, 2021
465

Steemit

Martın 2-də Avropa Birliyi (AB) Şurasının sədri Şarl Mişel Ukraynanın şərqindəki münaqişə zonasına baş çəkib.

“Fransa Beynəlxalq Radiosu” martın 3-də xəbər verib ki, Şarl Mişel Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə Luqansk vilayətində, münaqişə tərəflərinin təmas xəttində böyük buraxılış məntəqəsinin açıldığı Sçastye şəhərində olub.

Şarl Mişel Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. O, Avropa qitəsində silahlı münaqişənin 2021-ci ildə davam etməsini “biabırçı gerçəklik” adlandırıb. AB rəsmisi Rusiyanın münaqişənin tənzimlənməsində vasitəçi deyil, münaqişədə tərəf olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu üzdən separatçılara dəstəyə görə AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar hələ qüvvədə qalacaq.

Şarl Mişel “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan dövlətlərə səfər edir. O, Kiyev ziyarətindən əvvəl Moldova və Gürcüstanda olub. Kişinyovda prezident Maya Sandu ilə görüşən Mişel ölkənin korrupsiya ilə mübarizəsinə tam dəstəyini ifadə edib. O, Avropa Birliyi Şurasının islahatlar yolunda “Moldova Respublikasının ən etibarlı partyoru” olduğunu bildirib.

Avropa Birliyi Şurasının sədri Tbilisidə prezident Salome Zurabaşvili ilə görüşüb və təşkilatının Gürcüstanın ərazi bütövlüyünün qorunması prinsipinə bağlılığını səsləndirib. Gürcüstanın siyasi partiyalarının nümayəndələri ilə də görüşən Mişel onları ixtilafların həllinə və siyasi dialoqun bərpasına çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo