açıq mənbədən götürülüb
Avropa Birliyinin (AB) 27 üzv ölkəsi Rusiyadan neft idxalının üçdə birindən də çoxunu dərhal azaltmaqla bağlı razılığa gəliblər.
Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mayın 30-da “Twitter”də yazıb.
Qərara görə, Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək. (dənizə çıxışı olmayan Macarıstan, Çexiya və Slovakiya nefti boru kəməri ilə alır.)
Dəniz vasitəsilə idxal olunan neft AB-nin Rusiyadan aldığı neftin üçdə ikisindən çoxunu təşkil edir.
İlin sonuna qədər ümumilikdə Rusiyadan satın alınan neftin 90%-dən imtina olunacaq.
Avropa Birliyinin tətbiq etdiyi 6-cı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı "Sberbank" SWIFT sistemindən təcrid edilib.
Bundan başqa, AB Ukraynaya 9 milyard avro yardım ayırıb.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?