Dünya

Avropa Birliyi Rusiyanı repressiyalara son qoymağa çağırdı

23 İyul, 2021
259

Açıq mənbələrdən götürülüb

Avropa Birliyi Rusiyanı vətəndaş cəmiyyətinə və müstəqil KİV-ə qarşı "amansız repressiyaları dayandırmağa" çağırıb. 

Bu barədə qurumun xarici siyasət xidmətindən iyulun 23-də verilən məlumatda bildirilir. 

AB bəyan edib ki, sentyabrda keçiriləcək Dumaya seçkilər ərəfəsində Ədliyyə Nazirliyinin Hüquq və İctimai Siyasət İnstitutunun və bir neçə rus jurnalistin "xarici agentlər" siyahısına salınması, eləcə də "Proyekt" nəşrinin Baş prokurorluq tərəfindən "arzuolunmaz təşkilat" elan edilməsi xüsusi narahtlıq doğurur. 

"Bundan başqa, insan hüquqlarını və əsas azadlıqları müdafiə edən hüquqşünaslardan və jurnalistlərdən ibarət "Komanda 29"  birliyi Rusiya hökumət orqanları tərəfindən gələn əsaslandırılmamış ittiham və təzyiqlərdən sonra fəaliyyətini dayandırmalı olub", - deyə AB nümayəndələri xatırladıb. 

AB bir daha vurğulayıb ki, Rusiyanın "xarici agentlər" və "arzuolunmaz təşkilatlar"a dair çıxardığı qanunlar ölkənin götürdüyü beynəlxalq öhdəliklər və insan hüquqlarına dair öhdəlikləriylə ziddiyyət təşkil edir. 

Dünya

“Neftçi” və “Qarabağ” avrokuboklarda nə qədər pul qazanıb?

17 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb. “Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.
Dünya

Şahmat üzrə dünya çempionu seriala görə “Neftlix”-i məhkəməyə verib

17 Sentyabr 2021

Agenda.ge

Əfsanəvi şahmatçı Nona Qaprindaşvili “Neftlix”i təhqirdə ittiham edir və 5 milyon dollar məbləğində kompensasiya tələb edir.  Bu barədə "The New Times" nəşrinin verdiyi xəbərdə bildirilir.  Məsələ “Vəzir qambiti” mini-serialı haqqındadır. İddiaya görə, serialda Nona Qaprindaşvilinin nailiyyətləri barədə doğru olmayan informasiya səslənib. Epizodların birində deyilir ki, Qaprindaşvili heç zaman kişi şahmatçılarla görüşməyib, bu isə yalandır. İddiada qeyd olunur ki, “Vəzir qambiti”nin həmin epizodunda 1968-ci ilin hadisələri işıqlandırılır, həmin vaxta qədər isə Qaprindaşvili əllidən artıq kişi şahmatçı ilə yarışmışdı.  Qeyd olunur ki, “Neftlix” Nona Qaprindaşvilini Rusiya şahmatçısı kimi təqdim etməklə bir az da təhqir edib. “Neftlix”ə qarşı iddiada Qaprindaşvilini bir qrup Amerika...
Seçilmiş Videolar