Sosial media
Avropa Birliyi müxalif lideri Aleksey Navalnının təqibində əli olan rus məmurlarına qarşı sanksiyaları təsdiq edib.
"Radio Svoboda" martın 1-də xəbər verib ki, məhdudiyyətlər dörd rus məmuruna tətbiq edilib. Söhbət Rusiya İstintaq komitəsinin sədri Aleksandr Bastrıkindən, Cəzaların Tətbiqi Federal Xidmətinin rəisi Aleksandr Kalaşnikovdan, Milli Qvardiyanın rəhbəri Viktor Zolotovdan və baş prokuror İqor Krasnovdan gedir.
Sanksiyaların təfərrüatlarının martın 2-də Avropa Birliyinin jurnalında nəşr olunması gözlənilir.
AB ölkələri Aleksey Navalnının həbsinin siyasi motivli olduğunu bildirib və Rusiyadan Navalnını dərhal azadlığa buraxmağı tələb edib.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, əgər rəsmi Brüssel sərt sanksiyalar tətbiq etsə, Mosvka AB ilə əlaqələrini kəsməyə hazırdır.
Rusiya Navalnı məsələsində AB-nin onun daxili işlərinə qarışmaqda ittiham edir.
Panda Security
Agenda.ge
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış