Dünya

Avropa Birliyi: "Taliban"la dialoqa getməyə məcburuq

18 Avqust, 2021
249

Al Jazeera

Qurum humanitar və miqrasiya böhranının qarşısını almaq üçün başqa yol görmür.

TASS-ın məlumatına görə, Avropa Birliyi (AB) "Taliban" döyüşçülərinin müharibədə qələbə qazandığını etiraf edib. 

"Ona görə də humanitar və miqrasiya böhranına yol verməmək üçün Əfqanıstanın yeni hökmətiylə dialoqa başlamaq zəruridir", - deyə AB-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali Komissarı Jozef Borrel bildirib. 

Avqustun 15-də "Taliban" bütün Əfqanıstan ərazisində hakimiyyəti ələ keçirdiyini bəyan edib. Hazırda ölkədə hakimiyyət Müvəqqəti Şuraya verilib, sonra Şura hakimiyyəti "Taliban"a ötürəcək. Əfqanıstan prezidenti Əşrəf Qəni istefa verərək ölkəni tərk edib. O, qırğının qarşısını almaq üçün bu addımı atdığını deyib.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar