Açıq mənbələrdən götürülüb
İlon Mask
Avropa Birliyi "Tvitter"-in yeni sahibi İlon Maskı məzmunun moderasiya qaydalarına əməl etməyəcəyi təqdirdə sosial medianı qitədə bloklamaqla hədələyib.
Toplum TV xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "Financial Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
https://toplum.tv/dunya/ilon-mask-apple-i-senzurada-gunahlandirir
Nəşr iddia edir ki, Avropa komissarı Terri Breton çərşənbə günü məsələylə bağlı Mask ilə video zəng zamanı bildirib.
Breton Maska deyib ki, o, qaydalar siyahısına əməl etməlidir, belə ki, bloklanmış istifadəçiləri bərpa etmək üçün “ixtiyari” yanaşmadan imtina etməli və gələn ilə qədər platformanın “genişmiqyaslı müstəqil auditinə” razılıq verməlidir.
Breton bundan əvvəl Maskı AB-nin onlayn nifrət nitqi və dezinformasiyaya qarşı qaydalarına əməl etməyə çağırmışdı. Oxşar rəyi Avropa Komissiyasının ədliyyə rəhbəri Didye Reynders də səsləndirib.
Oktyabrın sonunda Mask, "Tvitter"-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. O, senzuraya görə tənqid edilən sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağına söz verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər