Dünya

Avropa Birliyinə məxsus hərbi blokun yaradılması istənilir

20 Sentyabr, 2021
146

Açıq mənbələrdən götürülüb

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa ölkələrini müdafiə sahəsində ABŞ-dan asılı olmamaq üçün öz hərbi bloklarını yaratmağa səsləyib. 

Bu barədə BBC News xəbər verir.

Avrokomissiya rəhbəri bu bəyanatı “Taliban”ın Əfqanıstanda hakimiyyəti sürətlə ələ keçirməsi fonunda səsləndirib. Onun sözlərinə görə, bu hadisə NATO-ya yönəlik suallar yaradıb, eləcə də AB üçün “Avropa müdafiə ittifaqını”nın yaradılmasını tezləşdirməyin zərurətini ortaya qoyub.

Fon der Leyen bildirib ki, yaradılacaq ittifaq beynəlxalq məsələlərdə ABŞ və NATO-nun iştirakı olmadan hərbi vasitələrdən istifadə etmək üçün siyasi iradəyə malik olmalıdır. 

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel daha əvvəl bildirmişdi ki, AUKUS hərbi alyansının yaranmasına cavab olaraq AB də Hind-Sakit okean regionunda öz mövcudluğunu artırmalıdır. Onun sözlərinə görə, AB özünün strateji muxtariyyətini genişləndirmək, regionda siyasi və hərbi əlaqələri möhkəmləndirmək üzərində işləməlidir.

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar