Dünya

Avropa Birliyinin Belarusa qarşı sanksiyalarına daha beş ölkə qoşuldu

14 İyul, 2021
862

TASS

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel qurumun Belarus əleyhinə iqtisadi sanksiyalarına daha beş ölkənin qoşulduğunu xəbər verib. 

Bu barədə RİA Novosti məlumat yayıb.

Avropa Birliyinin üzvü olmayan Albaniya, Çernoqoriya, İslandiya, Norveç və Şimali Makedoniya sözügedən sanksiyalara qoşulmağı öhdələrinə götürüblər. Bu dövlətlər öz milli siyasətlərini həmin mövqeyə uyğunlaşdırılmasını təmin edəcəklərini bildiriblər. 

Borrel AB-nin bu beş ölkənin qərarını alqışladığınə bəyan edib. 

Daha əvvəl xəbər verilirdi ki, Litva və Polşa ilə sərhəddə miqrasiya vəziyyətinin kəskinləşməsinə görə AB Belarusa qarşı yeni sanksiyaların tətbiqi təklifini nəzərdən keçirəcək.

Belarus ərazisindən qanunsuz mühacir axınına görə, Litva hökuməti iyulun 2-də fövqəladə vəziyyət rejimi tətbiq edib. Litva sərhədçilərinin məlumatına görə, belə miqrantların sayı ötən illə müqayisədə iyirmi dəfədən çox artıb. Vilnüs mövcud vəziyyətə görə Minski və şəxsən prezident Lukaşenkonu qınayır.

Dünya

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Lvov Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Xoşbəxt Ukrayna” siyasi partiyasının və Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib. Bu barədə iyulun 5-də «Ukrainskaya Pravda» nəşri məlumat yayıb.  Lvov məhkəməsi hər iki partiyanın qadağan edilməsi ilə bağlı Ukrayna Ədliyyə Nazirliyinin iddialarını təmin edib.  https://toplum.tv/dunya/ukrayna-ruslar-ucun-viza-tetbiq-etdi “Xoşbəxt Ukrayna” - Rusiyaya qaçan Viktor Yanukoviç hökumətinin keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun siyasi layihəsi hesab edilirdi. Məhkəmə qərarından bir neçə gün əvvəl partiyanın adı dəyişdirilmişdi: əvvəllər o, "Uğurlu Ukrayna" adlanırdı. Ukrayna Kommunist Partiyası isə Petro Simonenkonun ideya məhsuludur. Bu partiya hələ 2015-ci ilin dekabrında Kiyev Rayon İnzibati Məhkəməsi tərəfindən qadağan edilib, amma məhkəmə dartışması səbəbindən mövcudluğunu...
Dünya

Finlandiya və İsveç NATO-ya üzvlük protokollarını imzaladı

5 İyul 2022

ZDF

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar. "Reuters" xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və 30 NATO ölkəsinin səfirləri NATO-nun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolları imzalayıblar.  “Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu, Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, - NATO-nun baş katibi Yens Stoltenberq mərasimi açarkən deyib. Finlandiya və İsveç Rusiyanın Ukraynada başlatdığı müharibə...

Seçilmiş Videolar

Toplum TV loqo