Dünya

Avropa İttifaqı Ermənistanı seçim qarşısında qoyub?

23 İyul, 2021
1063

Açıq mənbələrdən götürülüb

“Avropa İttifaqının pulları erməni xalqında geopolitik və siyasi cəhətdən çaşqınlıq yaradacaq. Ölkə faktiki olaraq Rusiyanın nüfuz dairəsi altındadır. Qarabağ müharibəsində Ermənistanın əlində qalan son nöqtələrin keşiyini Rusiya çəkir. Bu necə müstəqillikdir?”

Milli Məclisin deputatı Zahid Oruc “Toplum TV”-yə açıqlamasında belə deyib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ötən həftə Yerevana səfər edərkən Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılacağını bildirib. O, ayrılacaq vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib.

Qurum eyni proqram üzrə Azərbaycana 140 milyon avro, Gürcüstana isə 1.175 milyard avro vəsait ayırıb.

Zahid Oruc - Sosial Media

Avropa İttifaqı niyə regiondakı ölkələrə fərqli miqdarda vəsait ayırıb?

Zahid Oruc deyir ki, Azərbaycanın yenidənqurma işləri üçün daha çox vəsaitə ehtiyacı olduğu halda, Aİ-nin bu cür fəqli münasibəti Qərbin ikiüzlü davranışının göstəricisidir:

“Qərb bölgəni külli miqdarda vəsaitlə qazanmaq istəyir. Əslində, başadüşülən siyasətdir. Demokratiya baxımından Paşinyanı ikinci Saakaşvili kimi qiymətləndirib mükafatlandırmaq istəyirlər. Amma təkcə müharibə amilinə görə yox, daxili rəqibləriylə düşmənçilik münasibətlərindən və ölkədənin kütləvi informasiya vasitələrinə qarşı qeyri-qanuni tədbirlərdən görünür ki, ölkədə demokratik etiketlər çox aşağı səviyyədədir. Amma Qərb belə görmür. Onlar hesab edirlər ki, Paşinyan bütün hallarda anti-Rusiya tərəfdarı olduğu üçün onu qazanmaq regionda qüvvələr nisbətinin dəyişməsinə səbəb olacaq. Bu isə nə Moskvanın, nə də Tehranın xoşuna gələcək və nəticədə orada siyasi mübarizə bir qədər də dramatikləşəcək”.

Siysi şərhçi Zaur Əkbər isə düşünür ki, Paşinyan qərbyönlü siyasətçi olduğu üçün Avropa İttifaqı Ermənistana bu məbləği motivasiya məqsədilə ayırıb:

“Ermənistan Avropa İttifaqı ilə imzaladığı hərtərəfli və gücləndirilmiş tərəfdaşlıq sazişiylə üzərinə bir sıra öhdəliklər götürüb. Sabah Azərbaycan da strateji tərəfdaşlıq sazişini imzalasa, ölkənin ehtiyaclarına uyğun bizə də vəsait ayrılacaq. Yəni hansı ölkə Avropa İttifaqına yaxınlaşırsa, qurum ona maraq göstərir. Hazırda Azərbaycan enerji layihələrindən başqa heç bir sahədə bu qurumla əməkdaşlıq etmir. Bu baxımdan Ermənistanın Avropaya inteqrasiya meylləri Azərbaycadan daha güclüdür”.

Zaur Əkbər - Sosial Media

Karabakhspace.eu” saytında dərc olunmuş "Rəy: Aİ-nin Ermənistana əsaslı yardım paketi Yerevanın Qarabağ dilemmasını həll etmir" adlı məqalənin müəllifi Benyamin Poqosyan yazır ki, Cənubi Qafqaza vəd edilən geniş maliyyə dəstəyi Aİ-nin bölgədə sabitlik istədiyini göstərir.

Müəllifin qənaətincə, Aİ 10 noyabr tarixli Üçtərəfli bəyanatla bölgədə yaranan status-kvonu qəbul edir və onu zorla dəyişdirmək cəhdlərinə qarşıdır.

"Dağlıq Qarabağın statusunun həlli məsələsini qeyd etmədən sərhədlərin demarkasiyasına dair Aİ-nin çağırışı məhz ittifaqın belə düşüncəsini əks etdirir” - məqalədə belə deyilir.

Müəllif Ermənistana daha böyük dəstəyin səbəbini 44 günlük müharibədə bu ölkənin "ən çox əziyyət çəkməsi" və Ermənistanın status-kvoya qarşı çıxmağa daha çox meyilli olması ilə izah edir. Onun qənaətincə, Aİ hesab edir ki, sıravi vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi ermənilər arasında "yeni status-kvonu" dəyişdirmək ideyasının cazibədarlığını azaldacaq, çünki onlar yeni əldə etdikləri iqtisadi rifaha təhlükə yaratmaq istəməyəcəklər, beləliklə də bölgənin "nisbi sabitliyinə töhfə" verilmiş olacaq.

Benyamin Poghosyan yazır ki, Aİ-nin Ermənistana geniş dəstək planı Yerevanı çətin seçim qarşısında qoyub: “Rusiya qoşunları ərazidən çəkiləndən sonra Yerevan iqtisadi imkanlarının əhəmiyyətli hissəsini ya Qarabağda qalan əhalinin müdafiəsinə üçün hərbi texnikasının müasirləşdirilməsinə yönəltməli, ya da həmin əhalinin tədricən Ermənistanda yerləşməsi üçün "uyğun şərait" yaratmalıdır ki, 2020-ci ilin 10 noyabrından sonra ermənilərin ərazini "qəfil tərk" etməsi vəziyyəti yenidən təkrarlanmasın”.

“Amma Aİ Ermənistan-Azərbaycan sərhədində "sərt təhlükəsizliyi" təmin etmək, azərbaycanlıları Sünik və Geğarkunik vilayətlərindəki əraziləri tərk etməyə məcbur etmək iqtidarında deyil” - məqalədə belə deyilir.

Tofiq Zülfüqarov - Açıq mənbələrdən götürülüb

Aİ Ermənistanı seçim qarşısında qoyub?

Azərbaycanın keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov deyir ki, burada seçim Rusiya və Qərb arasındadır: “Qərbyönlü təfəkkür Ermənistan cəmiyyətində reallıq əsasında formalaşıb. Çünki onlar anlayırlar ki, Qərb kömək etməsə, onların dövlətçilik gələcəyi sual altındadır. Bu baxımdan Ermənistanın yeganə ümidi Qərbədir. Təhlükəsizlik məsələsində isə Rusiyadan asılıdır, çünki Rusiya Ermənistanın təhlükəsizliyinə təminatını verib. Nəticə etibarilə onlar ya təhlükəsizlik və hərbi yardım təminatı verən Rusiyanı, ya da Qərbin sosial rifah və demokratiya siyasətini seçməlidirlər. Ölkədə böhrana səbəb olan əsas dilemma budur”.

Zaur Əkbərsə Ermənistanın seçiminin artıq bəlli olduğunu düşünür: “Paşinyanı xalq seçib, daha çox da Avropaya inteqrasiya meylli gənclər. Ermənistan xalqı onun hansı dəyərlərə üstünlük verdiyini bilərək seçiblərsə, bundan sonra da onun arxasında duracaq. Şarl Mişel Bakıda keçirilən mətbuat konfransında dedi ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdır. Hesab edirəm ki, Ermənistan cəmiyyətindəki bu çaşqınlıq tədricən aradan qalxacaq. Ermənistanın iqtisadi gəlirləri artdıqca, ölkə blokadadan çıxdıqca, bu kimi fikirlər tarixin arxivinə qovuşacaq”.

Zahid Orucsa deyir ki, çaşqınlıq problemi iyunun 20-də keçirilən parlament seçkiləri ilə həll olundu: “Ermənistan xalqı 89-90-cı illərdə meydanlarda “Qarabağ” deyə qışqırırdı. Başına bəla olan məlum işğalçılıq ideologiyası nəticəsində Ermənistan bölgənin inkişafını 30 il müddətinə dondurdu və bundan ən böyük zərbəni də özü aldı. Bu, demoqrafik ölümün yaşanması, çox ciddi şəkildə miqrasiya prosesi, bölgənin iqtisadi həyatının zərbə alması, əldə olan gəlirlərin köhnə hərbi texnikaya verilməsi və bu kimi hallarla baş verdi. Amma erməni xalq iyunun 20-də göstərdi ki, onlar 90-cı ilərdəki səhvi təkrarlamaq niyətində deyillər”.

“Avropa İttifaqının pulları erməni xalqında geopolitik və siyasi cəhətdən çaşqınlıq yaradacaq. Ölkə faktiki olaraq Rusiyanın nüfuz dairəsi altındadır. Çünki Qarabağ müharibəsində Ermənistanın əlində qalan son nöqtələrin keşiyini Rusiya silahlı qüvvələri çəkir. Bu nə cür müstəqillikdir? Faktiki olaraq II Qarabağ müharibəsi Ermənistanın simvolik olan müstəqilliyinə tamamilə son qoydu” – deputat belə hesab edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo