Dünya

Avropa İttifaqı Rusiyanın sanksiyalarına cavab verəcəkmi?

1 May, 2021
95

Açıq mənbələrdən götürülüb

“Rusiyanın Avropa Parlamentinin rəhbəri David Sassoli və Avropa Komissiyası sədr müavini Vera Yurovaya qarşı elan etdiyi sanksiyalar cavabsız qala bilməz”.

''RIA Novosti''-nin mayın 1-də verdiyi məlumata görə, bu barədə "Avropanı Yenilə " liberal fraksiyasının lideri Daçian Çoloş “Tvitter” səhifəsində məlumat verib.

Fraksiya lideri sanksiyalara cavab verilməli olduğunu qeyd edib:

"Avropa Parlamenti bu həftə Avropa İttifaqının insan haqları pozuntularına görə sanksiyalarının genişləndirilməli olduğunu açıqlayıb”, - deyə Çoloş əlavə edib".

Daha əvvəl Rusiya Avropa İttifaqının 8 vətəndaşının və qurumun rəsmi strukturlarının nümayəndələrinin ölkəyə girişinə qadağan qoyub. Moskvanın sanksiyalar siyahısında Avropa Parlamentinin rəhbəri David Sassolinin və Avropa Komissiyasının sədr müavini Vera Yurovanın də adları da var .

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar