Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin müsadirəsi planını açıqlayıb
Açıq mənbələrdən götürülüb
Ursula fon der Leyen
Avropa İttifaqının icra orqanı olan Avropa Komissiyası Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynaya dəymiş zərərin ödənilməsi üçün dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi planını təklif edib.
Toplum TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.
Onun sözlərinə görə, bu zərər artıq 600 milyard avronu keçib.
Leyen deyib ki, Rusiya və onun oliqarxları ölkənin yenidən qurulması xərclərini ödəməlidirlər və Avropa hökumətinin Moskvanı zərəri ödəməyə məcbur etmək üçün rıçaqları var. O xatırladıb ki, bu məqsədlər üçün Avropa İttifaqı Rusiya Mərkəzi Bankının 300 milyard avrosunu və rusiyalı oliqarxlara məxsus 19 milyard avro vəsaitini dondurub.
Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivləri əsasında xüsusi fondun yaradılmasını təklif edib. Fon der Leyenin sözlərinə görə, Aİ və onun tərəfdaşları bu vəsaitləri qısa müddətdə investisiyaya çevirə bilər, qazanc isə Rusiyanın işğalı nəticəsində dəyən ziyanı kompensasiya etmək üçün Ukraynaya göndəriləcək.
"Biz bunu mümkün etmək üçün beynəlxalq saziş üzərində işləyəcəyik. Və birlikdə bu vəsaitlərə çatmağın qanuni yollarını tapa bilərik", - deyə o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb