Açıq mənbələrdən götürülüb
Ukrayna əsgəri
Avropa Komissiyası Ursula von der Leyenin videomüraciətindən Ukraynanın müharibə nəticəsində 100 mindən çox hərbçi itirməsi ilə bağlı hissəni silib.
***
13:22
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiya işğalı başlayandan bəri Ukraynanın100 min hərbi qulluqçunu itirdiyini bildirib.
Toplum TV xəbər verir ki, bu barədə von der Leyen videomüraciətində deyib.
Onun sözlərinə görə, bu ilin fevral ayından bəri “100 mindən çox Ukrayna hərbçisi və 20 mindən çox mülki şəxs həlak olub”.
Rusiyanın müharibədəki itkiləri barədə isə müxtəlif versiyalar var. Kiyev iddia edir ki, indiyədək müharibədə Rusiyanın 100 mindən çox hərbi qulluqçusu həlak olub, Rusiya tərəfi isə bu rəqəmi dəfələrlə az göstərir.
Sentyabr ayında Rusiyada səfərbərlik çərçivəsində 300 min insanın müharibəyə cəlb olunduğu bildirilmişdi. İddialara görə, Rusiya hazırda yeni səfərbərliyə hazırlaşır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb